Moskva Brüsselin Rusiya vətəndaşlarına qarşı sanksiyalarına cavab olaraq Avropa İttifaqına daxil ölkələrdən 8 rəsminin Rusiyaya səfərlərini qadağan edib. Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Rusiyaya girişi qadağan edilənlərin sırasında Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova və Avropa Parlamentinin başçısı David Sassoli də var. Aİ ötən ay iki Rusiya vətəndaşını Çeçenistan Respublikasında gey və lesbianların təqibində ittiham etmişdi. Aİ habelə prezident Vladimir Putinə yaxın... Читать дальше...
Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 91-yaşlı Xumara Şabanova və 80-yaşlı Əzizəxanım Atayevanın sağ olduqları halda, ölmüş kimi sənədləşdirilib hər birinin 25 sot torpaq sahəsinin özlərindən xəbərsiz satılması ilə əlaqədar istintaq yekunlaşıb.
Azərbaycanda son bir ayda insan haqlarının vəziyyətinin pisləşdiyi iddia olunur.
Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Sosial şəbəkə fəalı Fuad Rəsulzadənin döyülməsi ilə əlaqədar CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Dövlət katibi Entoni Blinken AzadAvropa/AzadlıqRadiosu-nun məsələsini rusiyalı həmkarı Sergey Lavrovla müzakirə edib
"USA Today" qəzeti yazır ki, ötən həftəsonu "Oskar" mükafatlarının təqdimetmə mərasimini izləyən tamaşaçıların çoxu Çedvik Bouzmanın ölümündən sonra "Oskar" mükafatı almamasından dəhşətə gəlib.
Avropa Parlamenti aprelin 29-da Rusiyanın müxalifət lideri Aleksey Navalnı ilə rəftarı, Ukrayna sərhədi boyunca qoşun cəmləşdirməsi və millət vəkillərinin təbirincə “Çexiya Respublikasına hücumları” ilə bağlı qətnamə qəbul edib. Tövsiyə xaraketeri daşıyan qətnamə Avropa Parlamentində beş əsas siyasi partiya bloku tərəfindən dəstəklənib. Qətnamənin leyinə 569, əleyhinə 67 səs verilib. 46 deputat bitərəf qalıb. Qətnamədə deyilir ki, “Rusiya təkcə Avropa təhlükəsizliyinə xarici hədə təşkil etməklə qalmır... Читать дальше...