Müdafiə naziri Sergey Şoyqu ilhaq edilmiş Krımda və Rusiyanın cənubunda keçirilən geniş hərbi manevrlərin ardınca Rusiya qoşunlarının daimi dislokasiya yerlərinə qayıtmasını əmr edib. Rusiyanın Ukrayna sərhədi boyunca və Krımda böyük qoşun cəmləşdirməsi Kiyevin və Qərbin həftələrlə davam edən narahatlığına səbəb olmuşdu. RIA Novosti agentliyinin aprelin 22-də yayılmış xəbərində deyilir ki, naziq qəfil təlimlərdə yoxlanış və hazırlığın tam başa çatdırılması təmin edildiyini bildirib. Şoyqu bunu da deyib ki... Читать дальше...
Türkanda adlarına saxta ölüm şəhadətnaməsi alınıb torpaqlarının zəbt olunduğunu deyən ahıl qadınlar bu dəfə Xəzər rayon Prokurorluğunun qarşısında etiraz aksiyası keçiriblər.
Prezident İlham Əliyev aprelin 19-da "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının hazırlanması ilə əlaqədar işçi qrupun yaradılması barədə sərəncam imzalayıb.
Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevlə əlaqədar Azərbaycan hökumətinə sorğu göndərib.
Ermənistan tərəfindən bu ölkənin Azərbaycanla dövlət sərhədində təxribatlar törədildiyi bildirilir.
Çex Respublikası Rusiya səfirliyinin əməkdaşlarının sayını məhdudlaşdırdığını, Moskvadakı Çex səfirliyinin işçi sayına uyğunlaşdırdığını bəyan edib. Yeni təyin olunmuş Xarici işlər naziri Yakub Kulhanek neçə işçinin çıxarılacağını deməyib. Amma nazir aprelin 21-də “Lidovky.cz”yə müsahibəsində deyirdi ki, Moskva verilən vaxta əməl etməsə, Rusiya səfirliyinin 60-dək əməkdaşı ölkədən çıxarılacaq. Moskva ultimatumu “qəbuledilməz” adlandırmışdı. Kulhanekin deməsinə görə, Rusiya mayın sonunadək səfirlikdəki... Читать дальше...
"Oskar" mükafatı almayan keyfiyyətli aktyor, rejissor və filmlərin siyahısı xeyli uzundur.
“Aqarak və Meğridə baş verənlər məlum dairələr tərəfindən təşkil olunmuş hərəkətlərdir...” AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun məlumatına görə bunu özünün Facebook səhifəsində baş nazir Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan yazıb: “Qafanda sakinlər baş naziri hərarətlə salamlayırlar. Amma Aqarak və Meğridə baş verənlər Aqarak və Meğri sakinləri ilə heç bir bağlılığı olmayan məlum dairələr tərəfindən təşkil edilib”. Azatutyun yazır ki, baş nazir aprelin 20-dən Syunikdədir. Onun səfəri etirazlarla müşayiət olunur. Читать дальше...