BMT Təhlükəsizlik Şurasının virtual iclası Rusiya diplomatının etirazına görə bir müddət dayadırılıb. Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski Kosovo nümayəndəsinin müstəqilliyi qismən tanınmış ölkənin bayrağı fonunda çıxışına mane olmağa çalışıb. Müxbirlər qeyd edirlər ki, BMT Təhlükəsizlik Şurasının iclaslarında bu sayaq etiraz ilk dəfədir ki, baş verir. Polyanski öz etirazını bununla izah edib ki, Təhlükəsizlik Şurasının hazırkı üzvlərinin çoxluğu, yəni 15 ölkədən 8-i Kosovonun Serbiyadan müstəqiliyini tanımır. Читать дальше...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarı, hazırda həbsdə olan Laçın Vəliyev deyir ki, partiyanın Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanovun əleyhinə ifadə vermədiyinə görə şərlənib. Bu barədə o, aprelin 14-də AXCP Rəyasət Heyətinin 4 üzvü – Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Məmməd İbrahim və daha 8 nəfərin məhkəməsində şahid qismində dindirilərkən danışıb. Adları çəkilən AXCP funksionerləri də daxil olmaqla, 36 nəfər 2020-ci il iyulun 15-də Bakıda keçirilmiş orduya... Читать дальше...
Britaniyanın "Prospect" jurnalı yazır ki, Kolumbiyanın Karib dənizi sahilləri bütün XIX əsr boyu sarı qızdırma və vəba kimi epidemiyalara sinə gərməli olub.
Paşinyan Qarabağda təhlükəsizliyi bundan sonra da “özünümüdafiə ordusunun” Rusiya sülhməramlıları ilə birgə təmin edəcəyini vurğulayıb
"Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı çoxlu suallar qalmaqdadır". Bunu aprelin 13-də prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışında bildirib.
Yeni Azərbaycan Partiyasının (YAP) Səbail təşkilatın keçmiş üzvü Elvar Xəlilov təzyiqlərə məruz qaldığını iddia edir.
Həmsədrlər Dağlıq Qarabağ və ətraf ərazilər daxil olmaqla regiona səfərlərini bərpa etməyə hazır olduqlarını deyirlər
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərovun vəkili deyir ki, onun əməlinə hüquqi qiymət verilməsində ciddi pozuntular var.
Bu günədək 78 nəfərin saxlanaraq 12-20 il həbsə məhkum edildiyi bəllidir
Azərbaycanın hazırda həbsdə olan keçmiş baş prokuroru Eldar Həsənovun vəkilləri prezidentə müraciət ediblər.
Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Serj Sarkisyanın dövlət sirlərini açması iddiaları ilə bağlı ona qarşı cinayət işinin qaldırılması məqsədilə hərbi polisə müraciət edib. Bu barədə məlumatı AzadlıqRadiosu Erməni xidməti – Azatutyuna Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçatryan verib. Azatutyun xatırladır ki, Serj Sarkisyan Armnyuz telekanalına müsahibəsində iqtidarı müharibə vaxtı ordunu qarət etməkdə günahlandırmışdı. Məsələn o deyib ki, müharibə... Читать дальше...
Pakistanda aprelin 13-də ekstremist partiyanın tərəfdarları və polis arasında toqquşmalar ikinci günə qədəm qoyub. Etirazçılar Fransa səfirinin ölkədən qovulmasına çağırdıqdan sonra həbs edilmiş liderlərinin azadlığa buraxılmasını tələb edirlər. Ölkənin ikinci böyük şəhəri Lahorda toqquşmalarda yaralanmış iki polis nəfəri vəfat edib. Təhrike Ləbbeyk Pakistan (TLP) partiyası isə tərəfdarlarından üçünün həlak olduğunu bəyan edib. Polis TLP-dən verilən bu xəbəri şərh etməyib. Fransa səfirinin... Читать дальше...