Rusiyanın koronavirusa qarşı Sputnik V vaksinini maliyyələşdirən qurum – Rusiya Birbaşa İnvestisiyalar Fondu Slovakiyadan minlərlə doza preparatın geri qaytarılmasını tələb edib. Buna səbəb Slovakiya dövlət orqanının bu vaksin dəstinin Avropa İttifaqının dərman tənzimləyicisinə təqdim olunmuş vaksindən fərqli olduğu barədə bəyanat verməsi olub. Bratislava və Moskva arasında aprelin 8-də yaşanan bu mübahisə öz vaksininin Avropa İttifaqında təsdiqinə çalışan Rusiyanın qarşısına qoyduğu məqsədə çatmasını çətinləşdirə bilər. Читать дальше...
Ukrayna prezidenti Volodimir Zelenski Moskva və Kiyev arasında gərginliyin artdığı bir əsnada ölkənin şərqinə, separatçılarla hökumət qoşunlarını ayıran təmas xəttinə gedir. Prezident administrasiyasından aprelin 8-də verilən məlumatda deyilir ki, Zelenksi “işçi səfərin” gedişində cəbhə xəttindəki Ukrayna hərbçiləri ilə görüşməlidir. Bu səfərin ərəfəsində Rusiyanın Ukrayna sərhədi istiqamətində canlı qüvvə və hərbi texnika cəmləşdirdiyini göstərən çoxsaylı foto, video və başqa materiallar yayılıb. Читать дальше...
2019-cu ildə Azərbaycan həbsxanalarında 93 ölüm, 2 intihar hadisəsi baş verib. Hər 10 min nəfərə 44.3 ölüm düşüb, bu da Avropa üzrə ümumi orta statistikadan xeyli yüksəkdir
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov aprelin 5-də 8 il 6 ay azadlıqdan məhrum edilib.
Bu il aprelin 5-dən "Əmanətlərin tam sığortalanması haqqında" Qanunu "Əmanətlərin sığortalanması haqqında" Qanun əvəzlədi.
Diplomatın fikrincə, “indi əsas təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsinə elə yanaşmaqdan ibarətdir, hər iki ölkəyə yekun statusu razılaşdırmaq imkanı yaransın”
Ovçu ərəblər Şəkidə camaata ət paylayır
"Oskar" komitəsi bəyanat yayaraq bildirib ki, builki teleyayım zamanı laureatların canlı Zoom nitqləri olmayacaq.
Aprelin 7-də Moskvada Rusiya prezidenti Vladimir Puitinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar olub. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu görüşdə Paşinyan bir daha Azərbaycanda saxlanan erməni əsirlər məsələsini qaldırıb: “Bizim dəfələrlə müzakirə etdiymiz kimi 9 noyabr bəyanatına görə bütün girovlar, hərbi əsirlər və başqa saxlanan şəxslər vətənlərinə qaytarılmalıdır. Təəssüf ki, Azərbaycanın hələ də saxladığı şəxslər var. Mən şadam ki, bu məsələnin həllinə dair bizim mövqelərimizdə fərq yoxdur”. Читать дальше...