ABŞ prezidenti Co Bayden aprelin 2-də Ukrayna prezidenti Volodimir Zelenski ilə ilk telefon söhbətini edib. Bu barədə məlumat Ağ Evin rəsmi internet saytında verilir. Məlumatda deyilir ki, Bayden ukraynalı həmkarına Donbasda və Krımda davam edən Rusiya təcavüzü şəraitində Vaşinqtonun Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyini ifadə edib. Bayden bunu da deyib ki, onun administrasiyası Zelenskinin korrupsiyaya qarşı mübarizə və demokratik dəyərlərə söykənən islahatlar planına strateji partnyor dəstəyi verir. Читать дальше...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla müdafiəçisi olmuş Niyaməddin Əhmədov haqqında cinayət işinin materiallarında onun həbsindən əvvəl xüsusi xidmət orqanları tərəfindən izlənildiyi görünür. İşin içində bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktubları da var. Əhmədov özü də məhkəmədə bildirib ki, inzibati həbsdə olduğu müddətdə onu təcridxanadan çıxarıb DTX-yə aparıblar. Orada ona həbsindən əvvəl müxtəlif yerlərdə, ayrı-ayrı adamlarla gizli çəkilmiş video və fotolarını göstəriblər. Читать дальше...
Milli Məclisin keçmiş deputatı Rəfael Cəbrayılov həbs olunub. O, külli miqdarda dələduzluqda suçlanır.
İranın nüvə sazişi üzrə aprelin 2-də keçirilən virtual görüşün iştirakçıları aprelin 6-da Vyanada yığışmaq qərarı veriblər. Məlumatı İranın Xarici İşlər Nazirliyinin sözçüsü verib. Avropada diplomatik mənbə və Avropa rəsmisi görüşün gələn həftə Vyanada keçiriləcəyini “Reuters”ə təsdiqləyib. 2 aprel iclası Birləşmiş Ştatların 2015-ci il nüvə sazişinə mümkün qayıdışını müzakirə etmək məqsədilə keçirilib. Vaşinqton bu addımı alqışlayıb, sazişə qayıtmaqdan ötrü “qarşılıqlı addımlar” atmağa hazır olduğunu bildirib. Читать дальше...
Qrup COVID-19 pandemiyası dövründə tələbatın azalmasına cavab olaraq qiymətləri saxlamaq məqsədilə günlük neft hasilatında 7 milyon barel azalmanı koordinasiya edirdi