ABŞ Rusiya üzərinə, onun təbirincə deyilərsə, Moskvanın “ziyanlı xarici fəaliyyəti” ilə bağlı yeni sanksiyalar elan edib. ABŞ prezidenti Co Baydenin administrasiyası aprelin 15-də Rusiyanın 10 diplomatının ölkədən çıxarılması və bu ölkənin onlarca qurumu və nümayəndəsi üzərinə sanksiyalar qoyulması barədə qərarını açıqlayıb. Bəyanatda deyilir ki, sözü gedən tədbirlər ötən ilin seçkilərinə müdaxiləyə və ABŞ federal agentliklərinə haker hücumlarına görə Kremlin cəzalandırılması məqsədilə görülür. Читать дальше...
Dünya mediasının ən böyük və səs-küylü araşdırması hesab olunan – “Panama sənədləri”nin yayılmasından 5 il ötür. “Panama Papers” adı ilə tanınan bu hesabatda dünyanın müxtəlif ölkələrindən 140 siyasətçi və dövlət rəsmisinin adı keçən araşdırmalar hazırlanmışdı. ABŞ-ın Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun yaydığı məlumata görə ötən 5 ildə araşdırmalarda adı keçən bəzi vəzifəli şəxslər istefa verib, Yeni Zelandiya, Böyük Britaniya və digər ölkələrdə qanunlar sərtlələşdirilib. Ofşor... Читать дальше...
Moldovanın Konstitusiya Məhkəməsi ölkənin qərbyönümlü prezidenti Maya Sanduya parlamenti buraxmaq icazəsi verib. Bu, Moldovada erkən seçkinin keçirilməsi deməkdir. Konstitusiya Məhkəməsinin sədri Domnika Manole aprelin 15-də deyib ki, qərar qətidir və ondan şikayət verilə bilməz. Prezident Sandu moskvayönlü sosialistlərin çoxluğa malik olduğu parlamenti onun islahat gündəliyinə qarşı təxribatda ittiham edir. O parlamentin tərkibini işlək vəziyyətə gətirmək üçün erkən seçkilərin keçirilməsinə çalışır. Читать дальше...
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli onun şəxsi həyatına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazıdır.
Ken Börns məkanlar, insanlar və hətta müharibələr haqqında sənədli filmlər çəkib. Onun son filmi Linn Noviklə birgə çəkdiyi "Heminquey" (Hemingway) filmidir.
Aprelin 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat verərək regiona qayıtmağa hazır olduqlarını bildiriblər.
20 ölkə, yaxud ərazidə “zorlayana ərə getməyi” nəzərdə tutan qanunlar var. 43 ölkədə isə nikahdaxili zorlama üzrə qanunvericilik yoxdur
Türkiyənin xəbər agentlikləri və Reuters bu ölkənin rəsmilərinə və diplomartik dairələrinə istinadən xəbər verirlər ki, ABŞ hərbi gəmilərinin Bosfordan Qara dənizə aprelin 14 və 15-nə planlaşdırılan keçidi baş verməyəcək. Mənbələr bildirirlər ki, ABŞ gəmilərin Bosfordan keçəcəyinə dair Türkiyəyə verdiyi bildirişi geri götürüb. Montrö Konvensiyasına uyğun olaraq qeyri-Qara dəniz ölkələri hərbi gəmilərinin Bosfordan keçməsi üçün Türkiyəyə müraciət etməlidirlər. ABŞ aprelin ortalarında Qara dənizə... Читать дальше...
Baş nazir Nikol Paşinyanın aprelin 14-də Ermənistan Milli Məclisində etdiyi geniş çıxış keçmiş iqtidar nümyəndələri tərəfindən qəzəb və əks-ittihamlarla qarşılanıb. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, keçmiş hakimiyyətin vəzifəlisi, Ermənistan Respublika Partiyasının sözçüsü, keçmiş vitse-spiker Eduard Şarmazanov baş naziri kəskin tənqid atəşinə tutub: “Bu təslimçi nəinki danışıqları iflasa uğradıb, o həm danışıqları pozub, həm də müharibəni qızışdırıb”. Şarmazanovun sözlərinə görə... Читать дальше...