Hazırda Rusiyanın Vladimir vilayətindəki Pokrov şəhəri 2 saylı islah koloniyasında saxlanan müxalifətçi Aleksey Navalnı həbsxana müdiriyyətini məhkəmə verib. Siyasətçinin sözlərinə görə buna səbəb ona istədiyi kitabların, o cümlədən müsəlmanların müqəddəs kitabı Quranın verilməməsidir. Bu barədə məlumat Navalnının Instagram səhifəsində dərc olunub. Müxalifətçi iddia edir ki, məhbus olduğu müddətdə Peyğəmbərin Quran və hədislərini öyrənmək istəyir: "Mən bura bir ay əvvəl gəlmişəm və özümlə bir qalaq kitab gətirmişəm. Читать дальше...
Aprelin 13-də ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında telefon söhbəti olub. Söhbət zamanı ABŞ və Rusiyanın silahlara nəzarət və təhlükəszilik sahəsində strateji məsələlərə dair dialoq niyyəti də daxil, regional və qlobal problemlər müzakirə olunub. Danışıqlarda habelə strateji silahların ixtisarı müqaviləsinin müddətinin uzadılması məsələsinə toxunulub. Bu barədə məlumat Ağ Evin rəsmi saytında dərc edilib. Prezident Bayden Putinə Rusiyanın kiberhücumlar və seçkilərə... Читать дальше...
Birləşmiş Ştatlar əlavə olaraq Almaniyaya 500 hərbçi göndərəcək. Bu barədə bəyanatı ABŞ-ın müdafiə naziri Lloyd Ostin aprelin 13-də Berlinə səfəri zamanı verib. Associated Press (AP) yazır ki, Pentaqon rəhbərinin sözləri yeni ABŞ administrasiyasının keçmiş prezident Donald Trampın planlarına yenidən baxdığını göstərir. Tramp Almaniyadan 12 min ABŞ əsgərinin çıxarılmasına hazırlaşırdı. Ostin almaniyalı həmkarı xanım Anneqret Kramp-Karrebauerlə birgə keçirdiyi mətbuat konfransında deyib ki... Читать дальше...
“Bakıda Dağlıq Qarabağ müharibəsinə həsr olunmuş parkın açılışı və bu mərasimdə Azərbaycan prezidentinin çıxışı göstərir ki, bu akt müharibədə həlak olanların, itkin və əsir düşənlərin xatirəsinin açıq şəkildə alçaldılmasına, onların ailələrinin hüquq və ləyaqətinin pozulmasına yönəlib”. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Ermənistan Xarici İşlər Nazirliyinin aprelin 13-də verilmiş bəyanatında belə deyilir. Bəyanatda qeyd olunur ki, sözü gedən parkda Ermənistanın hərbi texnikası... Читать дальше...
Bakının Xəzər rayonu, Türkan qəsəbəsində saxta sənədlərlə torpaq sahələrinin əllərindən alınmasına etiraz olaraq aclıq edən 80-90 yaşlı ahıl qadınların durumu pisləşib.
Bu gün, aprelin 13-də Milli Məclisdə qəbul olunan "Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında" hesabatda bildirilir ki, ötən il dövlət qurumlarında 452 nöqsan aşkar edilib.
İdeyalar insana onları elə də çox gözləməyəndə gəlir, kreativliyin tarixi bunu bizə öyrədir.
Aprelin 13-də ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfrans keçirilir.
Vəkilin sözlərinə görə, martın 18-də televiziya ilə yayınlanan, Yesipenkonun Ukrayna üçün casusluğu “boynuna aldığı” müsahibə səhnələşdirilib
30 il əvvəl gecə vaxtı Boston şəhəri Müqəddəs Patrik gününü qeyd edərkən polis forması geymiş iki oğru cəmi 81 dəqiqəyə dünyanın ən bahalı sənət əsəri oğurluğunu gerçəkləşdirib.
Kanada NATO üzvü Türkiyəyə bəzi hərbi avadanlığın və texnologiyaların ixracını dayandırıb. Bundan əvvəl bu ölkədə Kanada dron texnologiyasından Qarabağ mühariibəsində istifadə edilib-edilmədiyinə dair araşdırma aparılmışdı. Hələ sözü gedən təhqiqatdan əvvəl, ötən ilin oktyabrında Türkiyəyə hərbi ixrac lisenziyalarının bəziləri ləğv edilmişdi. Kanada tərəfi bildirir ki, Türkiyə Azərbaycana hərbi dronlarla dəstək verməklə həmin lisenziyaların şərtlərini pozub. Kanada Türkiyəyə dialoq təklif... Читать дальше...
Avropa İttifaqı İranın 8 hərbi və polis komandanı üzərinə sanksiyalar elan edib. Onların arasında İnqilab Keşikçiləri Korpusunun (İKK) komandanı da var. Sanksiyalar – səfər qadağanları və aktivlərin dondurulması - İran komandanları üzərinə 2013-cü ildən bəri bu ölkədə törədilmiş insan haqları pozuntularına görə elan edilib. Reuters yazır ki, bu, Avropa İttifaqının İran üzərinə qoyduğu ilk sanksiyalardır. Blok bundan əvvəl bu sanksiyalardan İranla 2015-ci il nüvə sazişinin imzalanmasına mane olmamaq üçün çəkinmişdi. Читать дальше...