Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev saxlanıb. Bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat xidməti də təsdiqləyib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa məsələdə ittiham verildiyi bildirilir. Verilən məlumatlara görə, məhkəmənin qərari ilə R. Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Amma bu məlumata və səslənən ittihama, hələlik, Rasim Quliyvin vəkili və yaxınlarından münasibət almaq mümkün olmayıb. Rasim Quliyev Bakı Şəhər İcra... Читать дальше...
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2392 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1063 nəfər sağalıb. Bu məlumatı aprelin 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 31 nəfər də vəfat edib: “Azərbaycanda indiyədək ümumilikdə 268714 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 240870 nəfər sağalıb, 3648 nəfər vəfat edib, aktiv xəstə sayı 24196 nəfərdir” Qərargahdan açıqlamaya görə... Читать дальше...
Aprelin 1-dən İcbari tibbi sığortanın Azərbaycanın bütün ərazisində tətbiq edilməyə başlandığı açıqlandı. Rəsmi məlumata görə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda da rəsmi qeydiyyatda olan əhali də artıq İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək. Əhali hansı xidmətlərdən istifadə edə biləcək? Sistem necə işləyəcək? Hər vətəndaş sığorta hesabına Xidmətlər Zərfinə aid tibbi xidmətlərdən yararlana biləcəkmi? Həkimlərə ödənilən əməkhaqqı onları qane edəcəkmi? Читать дальше...
İranda COVİD-19 vurusuna yoluxduğu aşkarlanan insanların sayı 2 milyona yaxınlaşır. Bu virusa yoluxnlardan rəsmən 63 minə yaxın şəxsin də öldüyü açıqlanıb. İranda rəsmi qurumlarının açıqlamasına görə, bir çox ərazi, o cümlədən Azərbaycan Respublikası ilə həmsərhəd Gilan əyaləti qırmızı zona hesab olıunur. Bəs Azərbaycanın İranla sərhədyanı rayonlarında koronavirusla bağlı vəziyyət necədir? Suala aydınlıq gətirmək üçün Astara sərhəd-keçid məntəqəsində olduq. Keçid məntəqəsinin önündə taksilər durmuşdu. Читать дальше...
Suriyada Bəşər Əsəd rejiminə qarşı ilk etirazların 10-cu, Rusiya qoşunlarının bu münaqişədə iştirakının 6-cı ildönümündə Rusiyalı hüquq müdafiəçiləri Suriyadakı insan haqları və humanitar qanunların pozulmasına dair 200 səhifəlik hesabat yayıblar. Hesabatla bağlı BBC-nin rus xidməti geniş məlumat yayıb. Sənəddə qeyd olunur ki, on il ərzində Suriya münaqişəsi müasir tarixin ən böyük miqrasiya böhranlarından birinə gətirib çıxarıb: 5.5 milyon suriyalı ölkəni tərk etmək məcburiyyətində qalıb,... Читать дальше...
Bu gün, aprelin 2-də Bakıda İkinci Qarabağ müharibəsində Azərbaycan ərazisinə atıldığı deyilən "İskəndər" raketlərinin qalıqları nümayiş etdirilir.
Ermənistanın baş prokuroru Artur Davtyan aprelin 1-də keçmiş prezident Robert Koçaryan və onun işi üzrə keçən başqalarının cinayət işi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Ermənistan Baş Prokurorluğunun müraciətində Konstitusiyanın Cinayət Prosessual Məcəlləsinin (CPM) bəzi müddəalarına uyğunluğu məsələsi mübahisələndirilir. Söhbət cinayət işinin məhkəmə araşdırması mümkün olmayan hallarda prokurorluğu işə xitam verməyə, məhkəməni isə araşdırmanı dayandırmağa təhkim edən maddələrdən gedir. Читать дальше...