Bolqarıstan bildirib ki, daha bir Rusiya diplomatını ölkədən çıxaracaq. Bolqarıstan hakimiyyət orqanları 10 il əvvəl ölkənin 4 silah-sursat anbarında baş vermiş partlayışlara görə 6 Rusiya vətəndaşından şübhələndiyini bildirmişdi. Bolqarıstan XİN-in aprelin 29-da verdiyi bəyanatda deyilir ki, daha bir Rusiya diplomatı “persona non grata” elan edilir. Bəyanatda bildirilir ki, Bolqarıstan Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarından sözü gedən partlayışların araşdırılmasına tam dəstək vermələrini rica edib. Читать дальше...
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan və prokurorun 19 il həbs cəzası tələb etdiyi Firudin Zeynalovun 16 gündür aclıq aksiyasını davam etdirdiyi bildirilir.
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə əlaqədar cinayət işi başlanıb.
Həbsdə olan keçmiş səfir Eldar Həsənovun sağlıq durumunun pisləşməsi ilə əlaqədar Avropa Məhkəməsindən Azərbaycan hökumətinə sorğu göndərilib.
"The Financial Times" qəzeti yazır ki, 2025-ci ildə iş dünyası çoxumuz üçün daha çevik və inklüziv, bəzilərimiz üçünsə daha etibarsız yer olacaq.
Hesabatda deyilir ki, Azərbaycan, Rusiya və Türkiyə Platformanın göndərdiyi siqnallara reaksiya verməyib, onunla işləməyiblər.
Ermənistanda parlamentin hakim “Mənim addımım” fraksiyası Nikol Paşinyana alternativ axtarmır. Bu bəyanatı AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun sualına cavab verərkən Milli Məclisin spikeri Ararat Mirzoyan verib. 44 günlük müharibədən sonra ölkədə yaranmış siyasi böhranın çözülməsi məqsədilə baş nazir Paşinyan və onun istefasını tələb edən parlament müxalifəti arasında erkən seçkinin keçirilməsinə dair razılaşma əldə olunub. Lakin hakim “Mənim addımım” fraksiyası dəfələrlə bəyan edib ki... Читать дальше...
Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, dövlət katibi Azərbaycan - ABŞ ikitərəfli münasibətlərinin inkişafı məsələsinə toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib: “Dövlət katibi enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb... Читать дальше...