Çexiya Praqa və Moskva arasında getdikcə şiddətlənən diplomatik çəkişmənin əsnasında həmrəylik dəstəyi üçün Avropa İttifaqı və NATO-dan olan müttəfiqlərinə müraciət edib. Çexiya və Rusiya arasında diplomatik qarşıdurma Praqa Moskvanı 2014-cü ildə Çexiyanın silah anbarlarından birində partlayış törətməkdə ittiham etdikdən sonra başlanıb. Çexiyanın xarici işlər naziri Yan Hamaçek aprelin 20-də verdiyi bəyanatda deyib ki, “biz Avropa İttifaqı və NATO ölkələrini kollektiv hərəkətə çağırırıq”. Bundan bir gün əvvəl... Читать дальше...
Almaniya kansleri Angela Merkel aprelin 20-də Avropa Şurası Parlament Assambleyasının yaz ssiyasının açılışında geniş proqram çıxışı edib. Videobağlantı ilə danışan Merkel çıxışının böyük bir qismini Avropa dəyərlərinə, bu dəyərlərin bütün dünya üçün əhəmiyyətinə həsr edib. Almaniya kansleri çıxışında həm də regionda sülh və onun problemlərindən söz açıb. O deyib ki, Belarusda, Ukraynanın şərqində və Krımda, Dnestryanıda, Cənubi Osetiyada, Abxaziyada, Dağlıq Qarabağda, habelə Suriya və Liviyada vəziyyət son dərəcə narahtedicidir... Читать дальше...
Terrora dəstək, İŞİD-ə yardım kimi əməllərdə suçlanaraq həbs olunan 11 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsində bir ilə yaxındır davam edən mühakiməsi yekunlaşmaq üzrədir.
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilib. Onun əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.
RSF aprelin 20-də açıqladığı indeksdə bildirir ki, regionda mətbuat azadlığının gələcəyinə ən böyük təhdidi Rusiyada baş verənlər yaradır
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) “erməni hərbi əsirlərin, başqa əsirlərin və deportasiya edilmişlərin” məsələsinin müzakirəsini səsvermə yolu ilə plenar iclasın gündəliyinə daxil edib. Xəbərdə deyilir ki, bu barədə məlumatı özünün Facebook səhifəsində Ermənsitanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Ruben Rubinyan yayıb. Onun sözlərinə görə plenar iclasda müzakirə aprelin 20-də keçiriləcək. Başqa strukturlara da şikayət... Читать дальше...
Gürcüstanın hakim partiyası və müxalifətin bir hissəsi ölkədə aylardır davam edən siyasi böhranın sona çatması üçün aprelin 19-da Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş sazişi imzalayıb. Gürcüstanda siyasi böhran hakim Gürcü Arzusu partiyası ötən oktyabrda keçirilən parlament seçkisində qalıb gələndən başlanıb. Müxalifət həmin seçkinin ədalətsiz keçirildiyini və nəticələrinin saxtalaşdırıldığını bəyan edib. Müxalifət yeni parlamenti boykot edib və yeni seçki tələb edən etiraz aksiyaları keçirib. Читать дальше...
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan ötən həftəsonu Vayotszor vilayətinə səfəri zamanı regionda nəqliyyat yollarının açılması məsələsinə də toxunub. Bu, 2020-ci ilin 9 noybarında imzalanmış Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatının bəndlərindən birində nəzərdə tutulub. Paşinyan habelə Azərbaycan tərəfinin Zəngəzur adlandırdığı Syunik vilayətindən keçəcək nəqliyyat dəhlizi barədə Bakının bəyanatlarından bəhs edib: “Azərbaycan daim Zəngəzur dəhlizindən bəhs edir. Читать дальше...