Ermənistanın Meğri və Aqarak şəhərlərində baş nazirə qarşı etiraz aksiyaları ilə bağlı 23 nəfər saxlanıb. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi aprelin 23-də yayıb. Məlumatda bildirilir ki, baş nazir Nikol Paşinyanın Syunik vilayətinə səfəri zamanı asayişi pozanlar barəsində xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq maddələri ilə cinayət işləri açılıb. Aprelin 21-də elə bu işlə əlaqədar Meğri şəhərinin meri Mxitar Zakaryan saxlanıb. Читать дальше...
Tanınmış iranlı kinorejissor Cəfər Pənahi martda Beynəlxalq Qadınlar Günü münasibətilə videomüraciət yayıb.
Oqtay Şirəliyev Azərbaycanın səhiyyə naziri vəzifəsindən azad edilib.
"Tərtər işi" üzrə dindirmələrdə hərbçilərə işgəncə verməkdə, onları döyə-döyə öldürməkdə suçlanan şəxslər dörd ay öncə mükafatlandırılıb.
Dünən, aprelin 22-də Bakıda "Yeni klinika" tibbi müəssisəsinin baş həkimi Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasının rəhbəri İmran Ağayev həbs edilib.
Ermənistanın Baş Prokurorluğu Robert Koçaryanın, Seyran Ohanyanın, Yuri Xaçaturovun və Armen Gevorkyanın “1 mart işi” üzrə cinayət təqibindən azad olunmasına dair birinci instansiya məhkəməsinin hökmündən şikayət verib. Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna prokurorluğun sözçüsü Arevik Xaçaturyan bildirib. Keçmiş prezident və onun tabeçilyində olmuş üç nəfər aprelin 6-da cinayət məsuliyyətindən azad olunublar. Buna səbəb Cinayət Məsəlləsinin (CM) sözü gedən fiqurantlara... Читать дальше...
Belarusun avtoritar rəhbəri Alyaksandr Lukaşenka Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Putin, ötən ilin prezident seçkisindən sonra öz ölkəsində hakimiyyətini qoruyub saxlamağa çalışan Lukaşenkaya dəstəyini davam etdirir. Putin və Lukaşenka görüş zamanı Rusiya və Belarus arasında ittifaq dövlətinin yaradılması ilə bağlı məsələləri müzakirə ediblər. Rusiya prezidenti bildirib ki, “bizim komandalarımız ittifaq dövlətinin qanunvericilik əsaslarını inkişaf etdirməklə məğuldurlar”. Читать дальше...