Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda bu ilin əvvəlində 1228,8 min pensiyaçı olub. Ancaq 2017-ci il iyulun 1-nə olan məlumatda isə Dövlət Sosial Müdafiə Fondunda 1328,4 min nəfər pensiyaçının qeydiyyatda olduğu bildirilib. Rəsmi açıqlamaya görə, ötən 3,5 ildə pensiyaçıların sayı ümumilikdə 100 min azalıb. Üstəlik, əmək pensiyaçılarının sayında da azalma var. 3,5 il əvvəl 1328,4 minin 59,4 faizi yaşa görə pensiyaçıların payına düşüb.3,5 il sonra isə 1228,8 minin cəmi 58,3 faizi yaşa görə pensiyaya çıxanlar idi. Читать дальше...