Təhminə Zeynalova 11-ci sinifi bu il bitirir. Qarşıda onu buraxılış imtahanı gözləyir. Deyir ki, zaman daraldıqca həyəcanı daha da artır. Axı, pandemiyaya görə məktəbə doğru-dürüst gədə bilməyib. Deyir ki, kaş bunu nəzərə alıb, sualları bir az asan edəydilər: “Əsas riyaziyyatdan sualların asanlaşdırılmasını istəyirdim. Ən çətin mənə riyaziyyat gəlir. Əyani dərslə, onlayn dərslər eyni deyil. Hələ elə uşaqlar vardı ki, internet və ya kompüteri yox idi”. Ötən ilin martından Azərbaycanda koronavirusa görə xüsusi karantin rejimi elan olunub. Читать дальше...
Kreml aprelin 16-da bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Vaşinqtonun Moskvaya qoyduğu sanksiyalara cavab təbirləri barədə qərar qəbul edəcək. Reuters yazır ki, Putinin qərarı nə vaxt bəyan edəcəyi bildirilmir. Aprelin 15-də ABŞ prezidenti Co Bayden Rusiya üzərinə geniş sanksiyalara yol açan fərman izmzalayıb. ABŞ hökuməti cəza tədbirlərinə uyğun olaraq Rusiyanın bir sıra şirkətlərini qara siyahıya daxil edib, Rusiya diplomatlarını ölkədən qovub və ABŞ maliyyə təsisatlarına Rusiya Mərkəzi Bankından... Читать дальше...
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin portretini çəkən rəssam Pərnisə Əsgərovanın (Pəri Miniatür) cinayət məsuliyyətinə cəlb olunması üçün yenə xüsusi ittiham qaydasında iddia qaldırılıb.
Sosial şəbəkələrdə saxta profillərin və ya trolların olması yenidən geniş müzakirələrə səbəb olub.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərin vəkilləri bu işlə bağlı məhkəmənin gedişindən narazı qalıb.
Radio həmçinin xəbərdarlıq edir ki, Kremlin kampaniyası nəzarətsiz qalarsa, Rusiyada müstəqil mediaya mənfi təsir göstərəcək
Türkiyə Ukrayna və Rusiya arasındakı münaqişədə tərəf saxlamır və bu məsələnin diplomatik həllini dəstəkləyir. Reuters agentliyi yazır ki, bu bəyanatı aprelin 15-də Türkiyənin xarici işlər naziri Mevlud Çavuşğlu Rusiyanın Ukrayna sərhədi boyunca qoşun cəmləşdirməsi məsələsinə münasibət bildirirərkən verib. Birləşmiş Ştatlar və NATO Rusiyanın Ukrayna sərhədi boyunca və ilhaq edilmiş Krımda qoşun və hərbi texnika cəmləşdirməsi ilə bağlı narahatlıq ifadə ediblər. Ötən həftəsonu Türkiyə prezidenti... Читать дальше...
Polşa Rusiyanın Varşavadakı səfirliyinin üç diplomatının ölkədən çıxarılmasına dair qərar qəbul edib. Varşava bildirir ki, bu addımı Birləşmiş Ştatlarla həmrəylik əlaməti olaraq atıb. Polşa Xarici İşlər Nazirliyinin aprelin 15-də verdiyi bəyanatda deyilir ki, Rusiya səfirliyinin üç əməkdaşı diplomatik statuslarını pozduqlarına və Polşaya qarşı ziyanlı fəaliyyətda olduqlarına görə persona non grata elan ediliblər. Aprelin 15-də Birləşmiş Ştatlar Rusiya üzərinə Moskvanın seçki müdaxiləsinə və... Читать дальше...
İran nüvə sazişinin dirçəldiləməsi məqsədilə Vyanada aparılan danışıqlar başa çatıb. Bundan əvvəl uranın zənginləşdirmə faizini 60-a çatdıracağını bildirən İran özünün əsas nüvə qurğusuna qarşı təxribat törədildiyini iddia etmişdi. İran və 2015-ci il sazişinin digər tərəfləri – Britaniya, Fransa, Almaniya və Rusiya ötən həftə Tehranı və Vaşinqtonu saziş üzrə öhdəliklərinin icrasına qaytarmaq məqsədilə ötən həftə “konstrktiv” kimi qiymətləndirilən danışıqlara başlamışdılar. Lakin İran aprelin... Читать дальше...