Britaniya aprelin 26-da özünün sanksiya siyahısına 11 il bundan əvvəl vəfat etmiş hüquqşünas Sergey Maqnitskinin polis təcridxanasında ölümü ilə bağlı 14 Rusiya vətəndaşının adlarını əlavə edib. Maqnitski Rusiya büdcəsindən oğurlanmış 230 milyon dollarla bağlı təhqiqat aparırdı. Sanksiyalar Britaniyanın ABŞ-ın Maqnitski qanununun analoqu olan qanununa uyğun müəyyən edilib. Çirkli pulların yuyulmasına qarşı 2018-ci ildə qəbul edilmiş bu qanun yalnız Britaniyanın Avropa İttifaqından çıxması ilə qüvvəyə minib. Читать дальше...
Çexiya hökuməti aprelin 26-də bəyan edib ki, 2014-cü ildə ölkənin silah anbarlarından birində törədilmiş partlayışın arxasında Rusiyanın olması iddiaları “çox inandırıcıdır”. Çexiya prezidenti Miloş Zeman aprelin 25-də bu iddiaları şübhə altına alıb və deyib ki, partlayış ehtiyatsızlıq üzündən də baş verə bilərdi. Moskvaya münasibətdə rəğbəti ilə tanınan Zeman aprelin 26-da televiziya ilə xalqa müraciətində deyib ki, 2014-cü ildə Çexiyanın Vrbetitse şəhəri yaxınlığında baş vermiş partlayışın iki səbəbi ola bilərdi. Читать дальше...
Aprelin 24-də səhər saatlarında 6 saylı Cəzaçəkmə Müəssisəsində 10-a qədər məhbusun özünə xəsarət yetirdiyi bildirilir.
Aprelin 25-də Litva xarici işlər naziri Qabrielius Landsberqisin Cənubi Qafqaza (Gürcüstan, Ermənistan və Azərbaycan) səfəri başlayıb.
44 günlük İkinci Qarabağ müharibəsində yaralanan Nardaran sakini Hüseyn Xəlilov vəfat edib.
SIPRI COVID-19 pandemiyasının dünyada hərbi xərclərə böyük təsir göstərmədiyini qeyd edir. Ötən il hərbi xərclər 2019-cu illə müqayisədə 2.6 faiz artıb