Sərhədsiz Reportyortlar (RSF) təşkilatı Rusiyanı xarici jurnalistlərin Dağlıq Qarabağa buraxılmasından imtina edilməsini dayandırmağa çağırıb. Təşkilat habelə informasiya azadlığı hüququna hörmət göstərilməsi üçün BMT-yə və Avropa Şurasına çağırış edib. RSF aprelin 9-da verdiyi bəyanatda bildirir ki, Ermənistandan Dağlıq Qarabağa gedən yolun Laçın dəhlizi hissəsinə nəzarət edən Rusiya kontingenti fevralın 10-dan bəri azı 10 xarici jurnalisti bölgəyə buraxmayıb. Təşkilatın Şərqi Avropa və Mərkəzi... Читать дальше...
Aprelin 9-da Türkiyə və Rusiya prezidentləri Recep Tayyip Erdoğan və Vladimir Putin arasında telefon söhbəti olub . Kremlin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, iki prezident koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məsələsini detallı şəkildə müzakirə edib. Bu da bildirilir ki, söhbət zamanı Türkiyəyə Rusiyanın Sputnik V vaksinin verilməsi və ya onun birgə istehsalının mümkünlüyündən bəhs edilib. Erdoğan Türkiyədə aparılan epidemioloji tədbirlərdən danışıb. O deyib ki... Читать дальше...
2015-ci ilin nüvə sazişini dirçəltmək məqsədilə Vyanada danışıqlar aparan diplomatlar müzakirələrin dördüncü gününə yekun vuraraq bildiriblər ki, görüş “konstruktiv” olub və gələcək üçün “pozitiv məqam” yaradıb. ABŞ prezidenti Co Bayden Ağ Ev gəldiyi ilk gündən bəyan etmişdi ki, Birləşmiş Ştyatların rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan 2015-ci il sazişinə qayıtması onun administrasiyası üçün prioritet olacaq. Keçmiş prezident Donald Tramp 2018-ci ilin mayında öz ölkəsini birtərəfli qaydada 2015-ci il sazişindən çıxarıb. Читать дальше...
Parfümeriya məhsullarının satışıyla məşğul olan "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov haqqında çıxarılmış həbs qərarına etiraz edir.
Azərbaycandan 1.1 milyard manat dəyərində xarici valyuta çıxıb. Bu barədə Hesablama Palatasının son hesabatında bildirilir.
Avropa Şurasının illik hesabatına görə, Azərbaycan Avropada ən çox məhbus olan ölkələrdən biridir.
“Rusiya güman ki, gələn iyirmi il ərzində dağıdıcı ölkə kimi qalacaq, baxmayaraq ki, maddi gücü digər böyük oyunçulara nisbətən azalacaq”
Azatutyun qeyd edir ki, aprelin 8-də əsirlərin yaxınları Erebuni aeroportuna yığışaraq Bakıdan təyyarənin gəlişini gözləyiblər
Türkiyə aprelin 8-də prezident Recep Tayyip Erdoğanı “diktator” adlandıran İtaliya baş nazirinin bəyanatlarını pisləyib. Mario Dragi habelə bu həftə Ankarada Avropa İttifaqının liderinə qarşı davranışı “hörmətsizlik” adlandırıb. Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişel aprelin 6-da Türkiyə-Avropa İttifaqı danışıqlarının aparılması üçün Ankaraya səfər etmişdilər. Lakin qonaqlar danışıqlar zalına daxil olanda bəlli olmuşdu ki, burada cəmi iki kürsü qoyulub. Читать дальше...
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyana və Ermənistan Respublikasına qarşı məhkəmə iddiası qaldırıb. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, iddiada Robert Koçaryanın ədalətli məhkəmə mühakiməsi hüququnun pozulduğu bildirilir. Koçaryan habelə bu hüququnun pozulması nəticəsində ona dəymiş “qeyri-maddi” ziyanın ödənilməsini, ona qarşı söylənmiş böhtanların təkzib olunmasını tələb edir. Paşinyanın 1 mart çıxışı Koçaryanın nümayəndəsi Ayk Alumyan Azatutyuna deyib ki... Читать дальше...