Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir
Aprelin 19-a olan rəsmi məlumata görə, Azərbaycanda əhalinin 9 faizi artıq COVID-19 virusuna qarşı ilkin dozada peyvənd olunub. Həkim, ictimai fəal Vasif İsmayıl deyir ki, Azərbaycan hökuməti bu vaksinasiya prosesinin təsirləri ilə bağlı araşdırmanı ictimaiyyətə açıqlanmayıb.
Bakının Türkan qəsəbəsində aprelin 12-dən aclıq aksiyası keçirdiyi bildirilən 80-90 yaşlarında qadınlar deyir ki, vəziyyətləri yaxşı deyil, hər gün bir neçə dəfə onlara tibbi yardım göstərilir. Buna baxmayaraq, aclığı dayandırmaq istəmirlər.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanaraq mühakimə olunan on nəfərdən ikisinin – Firudin Zeynalov və Mahir Əzizovun aclıq etdiyi bildirilir.
Aprelin 19-dan 22-nə kimi keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Belarusda seçki islahatlarının da geniş müzakirə olunacağı gözlənilir.