Ermənistan hökumətində səhiyyə nazirinin səlahiyyətlərini icra edən Anait Avanesyan Tibbi Ekspertiza Mərkəzinin Abovyan filialında həlak olmuş əsgər meyitlərinin və bədən hissələrinin saxlanması şəraitinə görə onların valideynlərindən və qohumlarından üzr istəyib: “Mənim səhlənkarlığım onda olub ki, meyit və qalıqların bir neçə dəfə yerdəyişməsindən sonra saxlanma yerlərinə şəxsən baş çəkərək onların hansı şəraitdə saxlanması ilə maraqlanmamışam”. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki... Читать дальше...
Fermerlər minbir əziyyətlə əkib-becərdikləri məhsulun əllərində zay olub getməsindən gileylənirlər
Cəlilabadda, Göyçayda, Qubada və Azərbaycanın digər bölgələrindən olan fermerlər çəkdikləri xərcin, əziyyətin gözləri qarşısında məhv olub getdiyini deyirlər. Heç bir addım da ata bilmirlər. Hələlik, Azərbaycan hökumətinin yuxarı dairələrindən bu problemlə bağlı açıqlama verən olmayıb.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onunla bağlı tibbi ekspertizaya qərar verilib.
İyunun 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə 10-yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun məhkəməsi başlayıb.
Bakı şəhərində 4-6 iyun tarixində keçiriləcək Formula-1 yarışları ilə əlaqədar paytaxtda bəzi yollar qismən, bəziləri isə tam bağlıdır.
İyunun 1-də Qarabağ müharibəsinin bir qrup keçmiş iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıblar.
Bakının Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirməkdə suçlanır.
Əvvəl kitabı oxuyub sonra onun əsasında çəkilmiş filmə baxanlar tez-tez məyus olur və filmin kitabdan çox fərqli, yaxud daha maraqsız olduğunu deyirlər.
Biz kreativ insanların doğuluşdan belə olduqlarını düşünməyə öyrəşmişik.
NATO bu təşkilatdakı Belarus diplomatik missiyasının hüquqlarını məhdudlaşdırıb. Alyasnın baş katibi Yens Stoltenberq mayın 31-də bu barədə bəyanat verərkən deyib ki, qərar sərnişin təyyarəsinin məcburən Minskə endirilməsi ilə bağlıdır. Belarus NATO üzvü olmasa da 1992-ci ildə Sovet İttifaqı çökəndən bəri alyansla bağlara malikdir və onun 1998-ci ildən bəri NATO-nun qərargahında diplomatik missiyası var. NATO ilə partnyorluq əməkdaşlığı çərçivəsində Belarus missiyasının alyansın seminarlarında... Читать дальше...
İran bildirib ki, onun regional rəqibi Səudiyyə Ərəbistanı ilə davamn edən danışıqları “qarşılıqlı anlaşma” və “yaxşı atmosferdə” keçir. Ötən ay media xəbərlərindən İran və Səudiyyə rəsmilərinin aprel ayında Bağdadda görüşdükləri bəlli olmuşdu. Bu ölkələr arasında diplomatik münasibətlər 2016-cı ildə Tehranda etirazçılar Səudiyyə Ərəbistanın səfirliyinə hücum edəndən və missiyanın binasına od vurandan sonra kəslib. İranlılar o vaxt bir şiə şeyxinin Səudiyyədə edam olunmasından hiddətləmişdilər. Читать дальше...