Erməni ekspertlər hesab edirlər ki, Ermənistanla Azərbaycan arasında sərhəd böhranının davam etdiyi bir situasiyada bu manevlər yaranmış vəziyyətə adekvat deyil
"Tərtər işi"ndə işgəncə görənlər: "Öldürülənlərin sayı yüzlərlə ola bilərdi". Hərbçinin xanımı: "Mənə də işgəncə verdilər, təpiklə vurdular".
Almaniya hökuməti Belarus hökumətinin hərəkətlərindən ziyan çəkmiş Belarus jurnalistlərinə 3 milyon avroyadək vəsait ayırıb. Bu barədə xəbəri Almaniya Xarici İşlər Nazirliyinə istinadən Deutsche Welle agentliyi yayıb. Qeyd olunur ki, bu vəsaitdən media təmsilçilərinin vəkillik müdafiəsi, yararsız hala düşmüş avadanlığın təzələnməsi və proqram təminatı üçün istifadə olunacaq. Almaniya XİN-in məlumatında deyilir ki, “Belarusda müstəqil jurnalistlərə qarşı repressiya dalğası səngimək bilmir”. Bu da vurğulanır ki... Читать дальше...
İyunun 4-də bütün ermənilərin katolikosu II Qaregin Qarabağa gəlib. Eçmiadzinin mətbuat xidməti xəbər verir ki, katolikos Xankəndidə şəhər memorialına baş çəkib, müharibədə həlak olanların abidəsinə əklil qoyub və dualar edib. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, o səfər zamanı habelə Xocavənd rayonundakı Amaras və Kəlbəcər rayonundakı Gəncəsər monastır komplekslərinə gedəcək. Katolikos bazar günü – iyunun 6-da Xankəndidəki müqəddəs Məryəm kilsəsində ibadət mərasimi keçirəcək. Читать дальше...
Türkan qəsəbəsində 80-90 yaşlı qadınlar sağ olduqları halda, onların ölməsi haqda saxta sənədlər düzəldib, torpaq sahələrinin satmaqda ittiham edilən 5 nəfər deyir ki, bu ittihamla razı deyillər. Onlardan yalnız biri özünü qismən təqsirli bilir. Bu məsələ Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Hakim önünə çıxarılan 5 nəfərdən ikisi – Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev və qəsəbədə daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərov həbsdədir. Читать дальше...
AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
İyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel ilə telefon danışığında Ermənistanla sülh sazişi məsələsinə də toxunub.
Nazirlik rəsmiləri heç Ermənistanın 2020-ci il dövlət büdcəsinin icrası üzrə parlament müzakirələrinə də qatılmayıblar
UNAIDS hökumətlərdən xahiş edir ki, adamların xidmətlərə çıxışını kəsən bərabərsizliklərə diqqət ayırsınlar. Bunu agentliyin İcraçı Direktoru Uinni Byanyima deyib