“Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir”. Prezident İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə belə deyib. “Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil” – İlham Əliyev söyləyib və əlavə edib ki... Читать дальше...
Dünya bazarında neftin qiyməti artmağa davam edir. Həm «Brent» markalı, həm də Azərbaycan neftinin bir barelə görə qiyməti 70 dolları keçib və qiymətin artmaqda davam edəcəyi proqnozlaşdırılır. «Bank of America Corporation» transmilli investisiya bankı qlobal səyahətlərə tələbin artması fonunda, 2022-ci ildə neftin 1 barelinin qiymətinin 100 dollara çatacağını mümkün sayır. Bankın hesabatında bildirilir ki, COVID-19 pandemiyasından sonra gözlənilən iqtisadi bərpa yanacaq sərfiyyatını artıracağına... Читать дальше...
Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişikliyə görə, məhkəmə, əsassız vəsatət və şikayətlər verən vəkili 500 manatadək cərimə edə bilər.
26 iyun Beynəlxalq Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə günüdür. AzadlıqRadiosunun əməkdaşı cənub bölgəsində bu sahədə vəziyyəti öyrənməyə çalışıb. Rəsmi rəqəmlərdə Lənkəran rayonunda 2000-dən çox narkomanın olduğu bildirilir. Amma müstəqil araşdırmaçılar bu rəqəmin 5 mindən yuxarı olduğunu deyirlər. Lənkəran Regionlararsı Narkoloji Dispanserin baş həkimi Vaqif Əliyev-in AzadlıqRadiosuna söylədiyinə görə, pandemiya dövründə narkomanların sayında ciddi dəyişiklik baş verməyib: “Pandemiyanın buna təsiri yoxdur. Читать дальше...
İyunun 26-ı Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Azərbaycan Silahlı Qüvvələri Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb. Silahlı Qüvvələr 71 il sonra - 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə yenidən yaradılıb. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir. Читать дальше...
Avropa İttifaqının sammiti Rusiya üzərinə Krımın ilhaqına və Donbasdakı separatçılara görə qoyulmuş sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib. Bu barədə məlumatı Avropa Şurasının sədri Şarl Mişel özünün Twitter hesabından verib. Mişel bildirib ki, Brüssel Rusiyadan konstruktivlik və Avropa İttifaqı və üçüncü ölkələrə qarşı hərəkətlərinin dayandırılacağını gözləyir. Onun sözlərinə görə, Mosva Ukrayna barəsində Minsk razılaşmalarının həyata keçirilməsinə öz töhfəsini verməlidir. Читать дальше...
Britaniya baş naziri deyib ki, kral hərbi dəniz donanmasının gəmisi Krım sahillərində “bizim dəyərlərimizi müdafiə edirdi”