Baydenin sözçüsü deyib ki, Ağ ev “Rusiya ilə münasibətləri nə yenidən qurmağa, nə də gərginləşdirməyə çalışır”
Türkiyəli araşdırmaçı, Mərkəzi Asiya Araşdırma Forumu Kitab Seriyalarının redaktoru Harun Yılmaz hesab edir ki, bu, Qarabağ müharibəsi vaxtı Türkiyə-Azərbaycan hərbi müttəffiqliyinin qanuni əsasıdır: “Bu, hərbi ittifaq müqaviləsidir. Müharibə vaxtı Türkiyənin dəstəyini bir formata salan bir mətndir. Eyni zamanda, Şuşa müqaviləsi qarşıdakı Qarabağ danışıqlarında Azərbaycanın mövqeyini diplomatik və hərbi cəhətdən möhkəmləndirir, bu məqsədə xidmət edən bir konsensusdur. Bölgənin önümüzdəki onilliklərdə... Читать дальше...
“Vətəndaş müqaviləsi” partiyasından baş nazirliyə namizəd Nikol Paşinyan iyunun 16-da Sünik vilayətinin Qorayk kəndində keçirdiyi seçki kampaniyası barədə danışıb. Bu barədə AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir. Paşinyanın sözlərinə görə, onun seçicilərlə görüşləri uğurlu olub və müəyyən mənada Ermənistandakı siyasi vəziyyəti dəyişib. Paşinyan habelə Zəngəzurdakı Mis-Molibden Kombinatının rəislərini hədələyib. O deyib ki, bu adamların vəzifələrini itirməsinə “cəmi 1 ay” qalır. Читать дальше...
İyunun 15-də Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bəyannaməni imzalayan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu "tarixi sənəd" və "yeni dövrdəki yol xəritəsi" adlandırıblar.
Azərbaycanın dövlət sərhədlərini pozmaqda, bu ölkənin ərazisində terror törətməkdə suçlanaraq həbsdə saxlanılan Ermənistan vətəndaşlarının işi bir neçə qrupa ayrılıb. Onlar hissə-hissə baxılması üçün məhkəməyə göndərilir.
Vaxtilə əsirlikdə olmuş azərbaycanlılar hazırda Bakıda mühakimə olunan ermənilərin məhkəməsində zərərçəkmiş qismində dindirilirlər.
İyunun 16-da Cenevrədə ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu görüş ərəfəsində Pew Research Center sorğu qurumunun apardığı araşdırmaya görə dünya üzrə Putinin xarici siyasətini respondentlərin yalnız 22 faizi düzgün sayır. 17 ölkədə aparılmış eyni sorğunun nəticələrinə görə Co Baydenə rəğbət 74 faizdir. AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu sorğu əlbəttə çoxlarının çox şey gözləmədiyi bu görüşün nəticələrinə təsir göstərməyəcək. Şərhçilərin fikrincə... Читать дальше...
Uyğur qruplarının hüquqlarını müdafiə edən vəkillər Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) onların iddia etdiyinə görə Tacikistan hökumətinin uyğurların Çinə deportasiyasında Pekinə dəstək verdiyni göstərən sübutlar təqdim ediblər. AzadlıqRadiosu yazır ki, BCM-in prokurorluq ofisinə barəsində şikayət edilən yeganə ölkə Tacikistan deyil. İddia edildiyinə görə Kamboca da uyğurların saxlanması və deportasiyası üçün Pekindən göstərilən təzyiqlərə boyun əyib. Çoxsaylı insan haqları hesabatlarına... Читать дальше...