Rusiyalıların 60 faizi İosif Stalini müsbət qiymətləndirir. Moskvadadakı Levada ictimai rəyi oyrənmə mərkəzinin sorğusu belə bir nəticəyə gəlib. Bu 60 faizdən 45 faizi Stalinə hörmətlə, 10 faizi rəğbətlə, 5 faizi isə heyranlıqla yanaşır. Sosioloqlar bildirirlər ki, bu, indiyədək keçirilmiş sorğulardakından daha yüksək göstəricidir. Levada Stalinlə bağlı sorğuları 2001-ci ildən aparır. Bu da vurğulanır ki, rəyi soruşulanların yalnız 11 faizi keçmiş SSRİ-nin keçmiş rəhbərinə mənfi münasibət bəsləyir. Читать дальше...
Qarşıdan ali məktəblərə qəbul imtahanları gəlir, valideynlərin bir qisminin isə təhsil haqqını necə ödəmək qayğısı var. Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Rüfət Quliyev AzadlıqRadiosuna deyir ki, pulsuz təhsil alanların sayını artırmaq üçün dövlət hesabına təhsil yerləri artırıla bilər, amma ki, bununçün dövlət hesabına mövcud olan yerlərə dövlətin gerçəkdən ehtiyacı olub-olmadığını araşdırmaq lazımdır: “Bizə hüquqşünas, beynəlxalq əlaqələrdən daha çox kənd təsərrüfatı üzrə ixtisaslar lazımdır. Читать дальше...
Rəsmi statistikaya görə, Azərbaycanda ali təhsil alanların sayı əhalinin təqribən 15 faizidir. ABŞ-ın Con Hopkins Universitetinin 2010-cu üzrə araşdırmasına görə, cəmiyyətin təhsilli sayılması üçün bu rəqəm 50 faiz civarında olmalıdır.
Birinci Qarabağ müharibəsində əsir düşmüş Elman Hacıyev deyir ki, ermənilər işğal olunmuş Azərbaycan ərazilərindəki qəbiristanlıqlardan mərmər başdaşılarını söküb aparırdılar.
Ekspertin fikrincə, Azərbaycanda bugünkü vəziyyət bundan sonrakı dövrdə kredit faizlərinin artmasını şərtləndirir.
Avtokratik hökumətin idarə etdiyi, qazla zəngin Türkmənistanda iqtisadi böhran çoxlarını yoxsulluğa sürükləyib
2020-ci ilin iyulunda Bakıda keçirilmiş Orduya dəstək yürüşündən sonra həbs olunan 36 nəfərdən sonuncu – üçüncü qrupun da məhkəməsi yekunlaşıb.
Rusiya Suriyaya humanitar yüklərin Türkiyə üzərindən gətirilməsinə qarşı çıxır
Ermənistanın baş kilsəsi – müqəddəs Eçmiadzin baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın iyunun 21-də keçirilən mitinqdə təhlükəsiz və firavan ölkənin qurulması naminə bütün milli potensialın həmrəyliyinə, birliyinə və yekdilliyinə çağırışını müsbət qiymətləndirdiyini bildirib. Kilsə habelə Paşinyanın siyasi meydanda təhqir və nifrət ritorikasına son qoyulmasına çağırışını da bəyəndiyini bildirir. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə bəyanatı Eçmiadzinin mətbuat xidməti yayıb. Читать дальше...