Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 19-da bəyanatla çıxış edərək Ermənistanın “hərbi əsirlər” və “mülki şəxslər” kimi təqdim etdiyi şəxslərin Azərbaycan ərazisində qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirli bilindiklərini deyib. Nazirlik bildirir ki, onlardan bir neçəsi terrorçu qrupun üzvləridir və Azərbaycanın 4 hərbi qulluqçusunu öldürməkdə, bir mülki şəxsi ağır yaralamaqda suçlanırlar. Bundan başqa qeyd edilir ki, ittiham olunan erməni əsilli... Читать дальше...
İyunun 17-də prezident İlham Əliyevin fərmanı ilə Tələbə Təhsil Krediti Fondu yaradıldı. Artıq uzun müddətdir ki, ətrafında müzakirələr aparılan Fond Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 üzvdən ibarət Himayəçilik Şurası yaradılacaq. Fonda cari rəhbərliyi 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. O, dövlət büdcəsinin vəsaiti və qanunla... Читать дальше...
İran məhkəmə sisteminin başçısı İbrahim Raisi, ölkədə keçirilən prezident seçkilərinin qalibi elan edilib. Səslərin ilkin hesablanmış nəticələrinə görə, səsverməyə gələn seçicilərin 62 faizdən çoxu ona səs verdi. Rəsmi məlumat IRNA dövlət xəbər agentliyi tərəfindən verilir. Seçkilər cümə günü baş tutub. Seçki məntəqələri 18 iyun səhərindən şənbə gecəsinə qədər açıq olub. İranda keçirilən prezident seçkilərində ümumilikdə dörd namizədə səs vermək mümkün olub. Hazırkı prezident Hassan Ruhani... Читать дальше...
“Qanuna görə bizim məlumat almaq, yaymaq və ötürmək hüququmuz var. Amma bu hüquqlardan biri təmin olunmursa, deməli, vəziyyət yaxşı deyil..." Bir-iki cümlə ilə medianın bölgədəki durumunu təsvir edən Masallı rayonunda çıxan "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənovdu. Zahir Əmənov bölgələrdə mətbuatın ağır günlər yaşadığını, vəziyyətin getdikcə də pisləşdiyini deyir. "Mətbuat xidmətləri jurnalistlərin fəaliyyətində maneəyə çevrildilər..." "İnformasiya əldə etmək haqqında" qanunda... Читать дальше...
Yanvar-may aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 1 ton 444,6 kiloqramı qızılın payına düşüb. AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayları ilə müqayisədə 0,8 faiz çoxalıb. İyunun 1-nə olan vəziyyətə əsasən, ölkənin 319,6 kiloqram hazır qızıl ehtiyatı var.
Avstriya hökuməti və Avropa diplomatlarının bildirdiyinə görə Avropa İttifaqı ötən ay Ryanair hava şirkətinin sərnişin təyyarəsini məcburən Minskə endirdiyinə və sərnişinlərin arasında olan müxalifət fəalını həbs etdiyinə görə Belarusun üzərinə iqtisadi sanksiyaların qoyulmasına dair razılaşma əldə edib. Avstriyanın Xarici İşlər Nazirliyi iyunun 18-də verdiyi bəyanatda bildirir ki, bu razılaşma “Belarus rejiminin dözülməz repressiya aktlarına qarşı aydın və hədəfli siqnal” deməkdir. Xarici işlər... Читать дальше...