Rusiya ilə sərhəddə - "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinə qədər günlərdir ki minlərlə yük nəqliyyat vasitəsi düzülüb. Onların sərhəddə keçən hər günü ciblərindən gedir.
Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyində deyir ki, altı iri dövlət şirkəti dövlət büdcəsindən aldığı vəsaitdən qat-qat az vəsaiti geri ödəyir. Bunlar Azersu, AZAL, Dövlət Dəmir Yolları, Azərenerji, Azəriqaz və Xəzər Dəniz Gəmiçiliyidir. Məsələn, Azərsu keçən il büdcədən təqribən 401 milyon manat alsa da, büdcəyə bundan təqribən 40 dəfə az, təqribən 10 milyon manat vergi daxilolması qaytarıb. Və ya Dövlət Dəmiryolları büdcəyə aldığından təqribən 70 dəfə az ödəmə edib. Читать дальше...
Milliyyətcə erməni olan Livan vətəndaşı Viken Eulcekciyan iyunun 11-də Bakıda məhkəmədə son sözünü deyib.
2020-ci ilin iyulunda Bakıda keçirilən Orduya dəstək yürüşündə baş verənlərə görə həbs olunub bir neçə ay sonra ev dustaqlığına buraxılan 36 nəfərdən daha 12-sinin məhkəməsi yekunlaşır.
Deputat: "İqtisadiyyat üçün təhdidlər yalnız neft oyunlarına görə yarana bilər".
İyunun 11-də Milli Məclisin iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna təklif edilən dəyişikliklər müzakirə olunub.
Ötən dekabrda tərəflər arasında əsir mübadiləsi həyata keçirilib. Dekabrın 15-də 44 erməni və 12 azərbaycanlı əsir dəyişdirilib
Levon Ter-Petrosyan: Bu ağır hərbi məğlubiyyətdən sonra yəqin ən pis olanı budur ki, biz artıq bu oyunda oyunçu deyilik
Avropa Parlamenti iyunun 10-da Strasburqda keçirilən plenar iclasında Belarusa dair qətnamə qəbul edib. Qətnamənin leyhinə 626, əleyhinə 16 deputat səs verib. Daha 36 millət vəkili bitərəf qalıb. AzadlıqRadiosunun Belarus xidməti xəbər verir ki, qətnamə Minskə qarşı yeni sanksiyaların elan edilməsinə çağırır. Qətnamədə bildirilir ki, sanksiyalar həm ölkənin iqtisadiyyatını, həm də ayrı-ayrı fərdləri hədəfləməlidir. Sanksiya təkliflərinin arasında Belarusun SWIFT beynəlxalq hesablaşma sistemindən müvəqqəti olaraq çıxarılması da var. Читать дальше...
Dövlət Departamentinin sözçüsü Ned Prays bu iki məsələnin bağlı olmadığını deyib və addımı “cari sanksiya gigiyenası” adlandırıb