Beynəlxalq hüquqa görə, Ermənistanın özü Azərbaycana, minalı əraziləri təmizləməkdə kömək etməli idi. Norveç Helsinki Komitəsinin şöbə müdiri, beynəlxalq hüquq üzrə ekspert Qunnar M. Ekelöf-Slaydel (Gunnar M. Ekeløve-Slydal) belə deyir: “1997-ci il Ottava Müqaviləsinə görə və digər başqa beynəlxalq protokollara görə, münaqişə tərəfləri öhdəlik götürürlər ki, minanı harda basdırdıqlarını dəqiqiliklə qeydə alsınlar və münaqişə başa çatandan sonra qarşı tərəfə bu məlumatı təhvil versinlər və mina təmizlənməsi prosesində iştirak etsinlər. Читать дальше...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadənin (Bakuvi) məhkəməsinə heç kim buraxılmayıb.
"Taste of Cinema" bloqu əsrin ilk onilliyində çəkilmiş ən yaxşı alman filmlərinin siyahısını dərc edib.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Cənubi Qafqaz ölkələrində səfərdədir. O, iyunun 8-də Bakıda vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb.
Milliyyətcə erməni olan Livan vətəndaşı Viken Eulcekciyanın Bakıda mühakiməsi yekunlaşır. İyunun 8-də onun işi üzrə məhkəmə istintaqı başa çatıb.
Üç aparıcı diplomatın Azərbaycan-Ermənistan sərhədində və Dağlıq Qarabağ ətrafındakı durumu da götür-qoy etdiyi bildirilir
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, baş nazir əvəzi və hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyan iyunun 7-də Armavir vilayətində tərəfdarları ilə görüş keçirib. Paşinyan görüş zamanı deyib: “Bəziləri deyirlər ki, iyunun 20-də qalib gələcəklər, amma biz deyirik ki, siz cəzanızı çəkəcəksiniz”. Baş nazir əvəzi nitqinin böyük bir hissəsini yenə də keçmiş hakimiyyətə həsr edib: “Biz gözləyirik ki, ən azı 60 faiz səs qazanacağıq. Biz sizdən aldığımız möhkəm... Читать дальше...