ABŞ prezidenti Co Bayden və Britaniyanın baş naziri Boris Conson iyunun 10-da Böyük yeddilərin (G7) sammitindən əvvəl görüşərək ölkələri arasında uzun tarixə malik partnyorluğu dərinləşdirməyə və möhkəmləndirməyə hazır olduqlarını bildiriblər. Conson Baydenin Britaniya ilə ən müxtəlif sahələrdə işləmək istəməsini “təmiz hava” adlandırıb: "Bu, yeni, maraqlı bir hissdir və biz birlikdə çox müzakirələr apardıq. Bir saat 20 dəqiqəyə yaxın söhbətimiz oldu. Bu, uzun, çox uzun, yaxşı bir söhbət idi. Читать дальше...
İyunun 10-da Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Lori vilayətinin Spitak şəhərində keçirdiyi seçki kampaniyası tədbirində keçmiş prezident Serj Sarksiyanın ona aid edilən səs yazısını açıqlamasının məqsədini anlamadığını deyib. Paşinyana aid olduğu iddia olunan bu audiodakı səs 2018-ci il mayın 12-də Soçidə Rusiya, Qazaxıstan və Belarus başçıları ilə Qarabağı müzakirə etməsindən danışır. Serj Sarkisyan bu audionu açıqlamaqla Nikol Paşinyanın ifşa olunduğunu bildirib. Читать дальше...
Bakı sakini Nailə Balayeva deyir ki, hər iki doza "CoronaVac" peyvəndi vurdursa da, onda anticisim- koronavirusa qarşı müqavimət əmələ gəlməyib. TƏBİB və Almaniyada həkim izah verir.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağın yekun statusu ATƏT-in Minsk qrupu həmsədrləri ilə razılaşdırılmalıdır: "...amma onlar indiki mərhələdə, yəqin ki, Qarabağın statusu məsələsini tərpətməməli, etimadın gücləndirilməsi tədbirlərinə kömək etməlidirlər".
"Pensiyadan məhrum olunanların ya 25 illik stajı yoxdur, ya da pensiya kapitalı azdır".
Hər dörd ildən bir dərc olunan hesabatda işləyən uşaqların 70 faizinin kənd təsərrüfatı sektorundun payına düşdüyü vurğulanır
İnsanlar özlərinə peşə seçəndə bəzən onu romantikləşdirirlər.
Beynəlxalq Böhran Qrupu bildirir ki, Qarabağda yeni cəbhə xəttində döyüşlər qızışarsa, Rusiya sülhməramlıları necə hərəkət etməklə bağlı aydın mandata malik olmalıdırlar
İyunun 9-da Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyan seçki kampaniyasının çərçivəsində Şirak vilayətində olub. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Paşinyanın və onun “Vətəndaş müqaviləsi” partiyası nümayəndələrinin ilk dayanacağı Mets Mantaş qəsəbəsində olub. Paşinyan burada etdiyi çıxışda oğlunu Azərbaycandakı əsirlərə dəyişmək təklifini bir daha təsdiqləyib və deyib ki, bugün (iyunun 9-da) bu barədə təklifini rəsmən Bakıya təqdim edəcək: “Mən əlaqədar orqanlara göstəriş vermişəm ki... Читать дальше...
İyunun 9-da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan açıqlayacağını vəd etdiyi audioyazını ictimailəşdirib. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Sarkisyanın sözlərinə görə, bu səs yazısı baş nazir əvəzi Nikol Paşinyanı Qarabağ tənzimləməsi məsələsində ifşa edir. Serj Sarkisyan sözü gedən səs yazısını “Xidmətinizdəyəm” blokunun Geqarkunik vilayətində keçirilən tədbirində səsləndirib. Azatutyun yazır ki, Nikol Paşinyanın səsi eşidilən bu audionun harada yazıldığı məlum olmur. Читать дальше...