Prezident İlham Əliyev iyunun 27-də deyib ki, sülh müqaviləsinə hazırlıq işləri getməlidir. O bunu, Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə deyib: “Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir”. Читать дальше...
Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığındakı meşəlik ərazilərdə saxlanmış və hazırda Bakıda hakim qarşısına çıxarılaraq mühakimə olunan ermənilər deyir ki, ora gəlmələrindən rus sülhməramlılarının xəbəri vardı.
İctimai şuraların funksiyaları nədir? Şuralar dövlət orqanlarında ictimai nəzarəti həyata keçirə bilirmi?
Onlardan bəziləri deyib ki, hərbi biletlərində vuruşduqları yerlər tam yazılmayıb, üstəlik, döyüşlərdə iştirak etmələrinə baxmayaraq, medallarla təltif edilməyiblər.
İyunun 22-dən Rusiya ilə Türkiyə arasında hava əlaqəsi bərpa edilib. Həm adi, həm də çarter reyslərinə icazə verilib.
Rəsmi Yerevan və Moskva Ermənistandakı Rusiya hərbi bazasının genişləndirilməsi barədə danışıqlara başlayıblar. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, bu məqsədlə Ermənistanın müdafiə, xarici işlər, ərazi və infrastruktur idarəetməsi nazirliklərinin, habelə Ermənistan silahlı qüvvələri baş qərargahının, Rusiya-Ermənistan birgə hərbi qruplaşmasının və kadastr komitəsinin nümayəndələri iyunun 26-da Rusiya paytaxtına səfər ediblər. Ermənistan baş nazirinin səlahiyyətlərini... Читать дальше...
Sərhədsiz Reportyorlar (Reporters Without Borders - RSF) iyunun 28-də rəsmi saytında son beş ildə dünya boyunca mövcudluğunu dayandırmağa məcbur edilmiş qəzetlər barədə məlumat dərc edib. Bunlardan sonuncusu iyunun 23-də Honq Konq və Çin hökumətlərinin təzyiqi altında bağlandığını elan edən Apple Daily qəzeti olub. Məqalədə deyilir ki, Apple Daily qəzetinin bağlanması hüquqi təqib və iqtisadi sıxma-boğma yolu ilə qəzetlərin “qətlə yetirilməsinə” bir nümunədir. Belə qəzetlərə misal olaraq Rusiyanın internet portalı Vtimes saytı... Читать дальше...
Çex Respublikası 2014-cü ildə ölkənin silah anbarlarından birində baş vermiş partlayışa görə Rusiyadan təzminat tələb edir. Təzminatın məbləği 25 milyon avro olaraq müəyyənləşdirilib. Çexiya hökuməti bildirir ki, bu pulun yarısı Zlinsk rayonunun büdcəsinə daxil olacaq, habelə partlayış zamanı həlak olanların ailələrinə və əmlakına ziyan dəyənlərə ödənəcək. Praqa bu partlayışın Rusiyanın kəşfiyyat agentləri tərəfindən törədildiyini iddia edir. Çexiya ilk dəfə bu ilin aprel ayında Moskvanı... Читать дальше...