Rusiyalıların fikrincə onların ölkəsinə hazırda ən dost münasibətdə olan üç ölkə Belarus, Çin və Qazaxıstandır. Rusiyanın qeyri-hökumət Levada mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə Belarus bu mənada siyahıdakı bütün başqa ölkələri xeyli geridə qoyur. Respondentlərin 58 faizi Belarusu Rusiyaya dost ölkə hesab etdiyini bildirib. Mərkəz bildirir ki, rusiyalıların Belarusa münasibəti 2013-cü ildən yaxşılaşmağa başlayıb və nəhayət 58-60 faiz civarında qərarlaşıb. Çini respondentlərin 38... Читать дальше...
Türkiyə prezidenti Recep Tayyip Erdoğanın iyunun 15-də Şuşaya səfəri sonuncu Qarabağ müharibəsi ilə azad edilmiş Azərbaycan ərazilərinə ilk xarici dövlət səfəridir. Türkiyənin Kahramanmaraş Sütçü İmam Üniversitetinin Beynəlxalq Münasibətlər üzrə professoru Toğrul İsmayıl deyir ki, bu səfər elə Türkiyənin müharibə boyunca Azərbaycana verdiyi siyasi-diplomatik dəstəyin davamıdır: “Türkiyə dünyaya göstərir ki, Azərbaycanı dəstəkləməkdən vaz keçməyib”. Toğrul İsmayıl deyir ki, Erdoğanın bu səfəri... Читать дальше...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşaya səfəri sonuncu Qarabağ müharibəsi ilə azad edilmiş Azərbaycan ərazilərinə ilk xarici dövlət səfəridir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana rəsmi səfərə gəlib.
Uzun illər Bakı Apellyasiya Məhkəməsinin, Suraxanı rayon Məhkəməsinin hakimi olmuş, bir sıra ictimai-siyasi fəallar haqqında hökmlər vermiş Lətif Nəbiyev özü bir neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
2021-ci ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5 faiz azalıb.
Doğulanlar sayca artsa da, təbii artım yenə azalıb
Bələdiyyələrin gəlirlərini artırmaq və davamlı etməklə onların dövlətdən maliyyə asılılığının azaldılması, bu qurumların hüquqi qorunma hüququnun praktikada təmin olunması da tövsiyələr sırasındadır
İnsan haqları müdafiəçisi Nərgiz Məhəmmədi deyir ki, İran həbsxana rəsmiləri həbs edilmiş qadınların iradəsini sındırmaq üçün sistematik olaraq cinsi təcavüz və cinsi təhqirə əl atırlar.
Ərdoğan Kabil aeroportunun qorunmasında ABŞ-ın dəstəyini istəyir Türkiyə NATO-nun digər hərbçiləri çıxandan sonra Əfqanıstanda əsgər saxlamalı olsa, Kabil beynəlxalq aeroportunun qorunmasında Birləşmiş Ştatların dəstəyinə ehtiyacı olacaq. Bunu Prezident Receb Tayyib Ərdoğan iyunun 14-də Brüsseldə NATO liderləri ilə görüşlərinin sonunda deyib. Türkiyə həm də Pakistan və Macarıstanın Əfqanıstanda yeni missiyaya qoşulmasını istəyir. “Bizim Əfqanıstandan çıxmağımızı istəmirlərlərsə, orada Türkiyənin dəstəyini istəyirlərsə... Читать дальше...
NATO ölkələrinin liderləri “Çinin yüksəlişi” və Rusiyanın “təcavüzkar hərəkətlərinin” artdığı bir zamanda təşkilatın nizamnaməsində qarşılıqlı müdafiəni ehtiva edən 5-ci maddəyə sadiq olduqlarını təsdiqləyiblər. NATO Nizamnaməsinin 5-ci maddəsinə görə alyansın bir üzvünə hücum bütün üzvlərə hücum sayılır. İyunun 14-də NATO-nun Brüsseldə keçirilən sammitində qəbul edilmiş birgə bəyannamədə deyilir ki, müttəfiqlər “güclü çəkindirmə və müdafiəni təmin edən döyüşə hazır qüvvələri və zəruri döyüş qabiliyyətini inkişaf etdirəcəklər”. Читать дальше...