Baş nazirliyə namizəd Nikol Paşinyan və onun “Vətəndaş müqaviləsi” partiyası Yerevanın mərkəzindəki Respublika meydanında seçkidən əvvəl yekun mitinqini keçirib. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu mitinqdə etdiyi çıxışında Paşinyan ölkənin gələcəyinə dair baxışlarını paylaşıb. O deyib ki, bu gələcəyin birinci sütunu təhlükəsizlik, ikinci sütunu iqtisadiyyat, üçüncü sütunu hüquq və ədalət, dördüncü sütunu isə insan kapitalıdır: “Təhlükəsizlik insan kapitalının inkişafına diqqət yetirilməsinə imkan verir. Читать дальше...
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir əvəzi Nikol Paşinyanın 20 iyun parlament seçkisi öncəsi siyasi opponentlərinə çəkic göstərməsini pisləyib. AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Sarkisyan onun rəhbərlik etdiyi blokun istənilən zorakılığa sərt müqavimət göstərəcəyini deyib. Bundan əvvəl Sarkisyan Ermənistanın şimalındakı Vanadzor şəhərində apardığı seçki kampaniyasında Paşinyanı hakimiyyətdə qalmaq naminə vətəndaş müharibəsi başlatmağa “hazır olmaqda” ittiham etmişdi. Читать дальше...
10 noyabr üçtərəfli bəyanatından sonra regionda birləşməyi hədəfləyən dövlətlər Gürcüstanı da bu birliyə qoşmaq istəsələr də, rəsmi Tbilisi tərəddüd edir. Altıtərəfli platforma təklifi Rusiya, İran, Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstanın iqstisadi sahələrdə, xüsusilə də nəqliyat və yük daşımalarında əməkdaşlığını nəzərdə tutur. Türkiyə prezidenti Recep Tayyip Erdoğan iyunun 16-da Bakıda deyib ki, Gürcüstanın baş naziri ilə Ankarada may ayında keçirilən görüşündə Tbilisini bu layihənin vacibliyinə inandırmağa çalışıb... Читать дальше...
Milli Televiziya və Radio Şurası (MTRŞ) “Media haqqında” qanun layihəsində televiziya və radio yayımına dair əsas yenilikləri açıqlayıb. MTRŞ-dən APA-nın sorğusuna cavab olaraq qeyd olunur ki, həmin qanunda televiziya və radio yayımında əsas yeniliklər kimi məzmun üzrə cavabdehlik daşıyan yayımçılıq, retranslyasiya xidməti həyata keçirərək məzmun üzərində cavabdehlik daşımayan operator fəaliyyətinin ayrılması, tezlik və peyk tutum resursları tələb edən audiovizual media fəaliyyətinin müsabiqə əsasında lisenziyalaşdırılması... Читать дальше...
İyunun 16-da ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında ilk üzbəüz görüşün ardınca Kreml bəyan edib ki, Ukraynanın NATO üzvlüyü məsələsi Moskva üçün “qırmızı xətdir” Kremlin sözçüsü Dmitri Peskov iyunun 17-də deyib ki, Rusiya, Ukraynaya bir gün NATO üzvlüyü üçün hərəkət planının verilə biləcəyi barədə söhbətlərdən narahatdır. Ukrayna prezidenti Volodimir Zelenski iyunun 14-də demişdi ki, o Baydendən Ukraynaya hərəkət planının verilib-verilməyəcəyinə dair “hə” və ya “yox” cavabını gözləyir. Читать дальше...
Onun sözlərinə görə, hazırda əsas iş Azərbaycanın sərhədi boyunca təhlükəsizliyin təminatıdır
2020-ci ilin iyulunda Bakıda keçirilmiş Orduya dəstək yürüşünü başladanlardan biri olduğunu deyən Tahir Heydərov 2 il 6 ay azadlıqdan məhrum edilib.
"Nə var, nə var rəhbərlikdən azan verilməsi üçün mikrofon istəyib".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirova 4 il şərti cəza verilib.
2020-ci ildə dünyada 15 minə yaxın zorakı nümayişin, etiraz və iğtişaşın baş verdiyi vurğulanır
15 ilə yaxın Milli Məclisin deputatı olmuş Rəfael Cəbrayılov iyunun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
İranda polis bir Çin vətəndaşını internetdə tanış olduğu yerli qadınların şəkillərini sosial mediada yaydığı üçün həbs edib.
Sərhədsiz Reportyorlar (RSF) beynəlxalq jurnalist təşkilatı xəbərdarlıq edib ki, Rusiyada müstəqil media “tədricən yox olur”. Təşkilat Rusiya prezidenti Vladimir Putini ölkənin “mürtəce xarici agent qanununu” ləğv etməyə çağırıb. Yeri gəlmişkən, bu qanundan AzadlıqRadiosunun hədəflənməsi üçün də istifadə edilib. İyunun 16-da açıqlanmış bəyənatında təşkilat diqqəti Rusiyada mənzillənən VTimes saytının çökməsinə və Latviyada mənzillənmiş Meduza saytı da daxil, başqa mediaları da eyni aqibətin gözləyə biləcəyinə çəkir. Читать дальше...