Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan keçmiş xarici işlər naziri Ara Ayvazyanın istefaya getməsi barədə verdiyi izahatın aydınlaşdırılmasını tələb edir. Ayvazyan demişdi ki, o hökumətin milli maraqlara zidd olan təşəbbüsləri ilə bağlı istefa verib. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə Ermənistanın Armenpress dövlət xəbər agentliyinə Paşinyanın mətbuat katibi Mane Gevorkyan bildirib. “Biz cənab Ayvazana gördüyü işlər üçün minnətdarıq, amma hesab edirik ki... Читать дальше...
Metro açıldı: 'Basabasdan canımız qurtardı'
Rusiya mayın 31-də bəyan edib ki, iki lider arasında gələn ay keçirilməsi nəzərdə tutulan görüşdən əvvəl Birləşmiş Ştatlara, onun sözləri ilə deyilsə, çox “narahatedici” siqnallar verəcək. Reuters agentliyinin yazdığına görə, Moskva habelə bəyan edib ki, özünün qərb sərhədlərini hərbi baxımdan möhkəmləndirəcək. Bundan bir gün əvvəl ABŞ prezidenti Co Bayden demişdi ki, iyunun 16-da Cenevrədə keçirilməli olan görüş zamanı Rusiya prezidenti Vladimir Putinə onun insan haqlarına hörmət göstərməsi üçün təzyiq göstərəcək. Читать дальше...
Prezident İlham Əliyev deyir ki, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə yaxşı nəticələr var. O bu haqda dünən, mayın 30-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O, bildirib ki, Ermənistan ilk mərhələdə bunu etirazla qarşılasa da indi 3 tərəfli müzakirələr gedir: “İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq - Zəngəzur dəhlizi. Beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi. Читать дальше...
Dövlət çevrilişinə cəhd və başqa ağır suçlamalarla 13 ildən artıq həbsdə saxlanmış Səid Dadaşbəyli və onunla birlikdə mühakimə olunmuş daha dörd nəfər generalın işində zərərçəkmiş kimi tanınmaq istəyir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 28 may 2021-ci il tarixli bəyanatına münasibət bildirib. O qeyd edib ki, Azərbaycan azad olunmuş ərazilərin bərpası və insanların bu ərazilərdə yenidən sülh şəraitində birgə yaşayışının təmin edilməsi üçün bütün səylərini səfərbər edib, müvafiq tədbirləri həyata keçirir: "Həmsədrlərin bəyanatında istinad etdiyi saxlanılan 6 erməni hərbçisi ilə bağlı xatırladırıq ki, bu erməni... Читать дальше...
Ötən il Azərbaycanda rəsmi işsizlik səviyyəsi 7 faizi ötüb. Bu göstərici uzun illərdir açıqlanan rəsmi rəqəmdən 2 faiz çoxdur.
Təhqiqata görə, NSA İsveç, Norveç, Fransa və Almaniyada aparıcı rəsmiləri izləmək üçün Danimarkanın informasiya kabellərindən istifadə edib
Dövlət Statistika Komitəsi hər il ev təsərrüfatlarını araşdırır.
Bakının Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirməkdə suçlanır.
Kinoşünas Niniya Kakabadze "JAMnews" saytı üçün son onillikdə çəkilmiş ən mühüm gürcü filmlərinin siyahısını tərtib edib.
Aktyor Kevin Speysi dörd il bundan əvvəl cinsi qısnamada suçlanmasından sonra ilk dəfə yeni bir filmdə çəkiləcək.