Elnur deyir ki, əlacsızlıqdan hər işin qulpundan yapışmağa hazırdır. İki uşağına çörəkpulu göndərməlidir.
"Azərbaycan qoşunlarının Syunikdə məqsədi döyüş hərəkətləri törətmək və Azərbaycan prezidentinin daha əvvəl dediyi kimi Naxçıvana dəhliz açmaq idi". AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu mayın 26-da Ermənistan Milli Məclisində keçirilən “hökumət saatında” baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışarkən deyib. Paşinyan bildirib ki, Ermənistan da məhz bu səbəbdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Читать дальше...
İranda iyunun 18-də keçiriləcək prezident seçkilərinə 7 nəfərin namizədliyi təsdiqlənib. İran Azərbaycanından olan və hazırda Türkiyədə yaşan jurnalist Taha Kermani deyir ki, namizədlərdən 5-i - indiki ədliyyə naziri Ebrahim Rəisi, İranın İslam İnqilabi Qvardiyasının keçmiş komandanı Möhsün Rezai, İran parlamentinin üzvü Amirhüseyn Qazızadə Haşemi, keçmiş diplomat Səid Cəlili və keçmiş millət vəkili Əlirza Zəkanini mühafizəkarlardır. O qalan iki namizədi - İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti... Читать дальше...
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, rəsmi Yerevan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Ermənistanda hay-küyə səbəb olmuş bəyanatına sükutla reaksiya verdiyi bir vaxtda bu məsələ ölkənin ekspert icmasında ciddi müzakirə olunur. Rudenko demişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qapıları Azərbaycan üçün də açıq olmalıdır. Məqalədə deyilir ki, Ermənistanın əksər ekspertlərinin fikrincə istər 44 günlük müharibə ərzində, istərsə də indi Rusiyanın... Читать дальше...
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə Cenevrədə, iyunun 16-da görüşəcək. Bu, Bayden prezident olandan bəri onların ilk üzbəüz görüşü olacaq. Bu barədə məlumat Vaşinqton və Moskva tərəfindən təsdiq olunub. Ağ Evin bəyanatında deyilir ki, “liderlər iki ölkənin münasibətlərində aydınlığın bərpasını” və stabilliyin əldə olunmasını müzakirə edəcəklər. Kremlin bəyanatında deyilir ki, Moskva Vaşinqtonla Rusiya-Amerika münasibətlərinin indiki vəziyyətini və perspektivlərini, habelə strateji sabitlik... Читать дальше...