Avropa İttifaqının rəsmiləri mayın 13-də Rusiyanın Ukrayanaya təcavüzünə daha güclü reaksiya verilməsinə çağırıblar. Blok bildirir ki, Moskvanın şərqi Ukraynadakı separatçıları dəstəkləməsindən son məqsəd bu əraziləri Rusiyaya qatmaqdır. Bu barədə xəbərdarlıq Avropa İttifaqının xarici siyasət ofisinin hazırladığı və İttifaqa daxil ölkələrin diplomatları arasında yaydığı hesabatda ifadə olunub. Ukraynanın separatçı şərqində döyüşlər 2014-cü ildə Rusiya Krım yarımadasını ilhaq etdikdən sonra Moskvanın dəstəyi ilə başlanıb. Читать дальше...
Qubadlıdan məcburi köçkün düşmüş Vəliyevlər ailəsi öz torpaqlarına qayıdacaqları günün intizarındadılar. Onlar deyirlər ki, 30 ildir çəkmədikləri əziyyət, zülm qalmayıb: “Allah şəhidlərimizə rəhmət eləsin. Torpaqlarımızı geri alıblar. İndi də bilmirəm bizi niyə qaytarmırlar? Mən gedib orda quru torpağın üstdə də yaşamağa razıyam. İstənilən yerə getməyə hazıram, Qubadlıya, Cəbrayıla, Füzuliyə. Mən burada bu şəraitdə yaşamaq istəmirəm. Kanalizasiya yox, evin altı sudur, rütubətin içində xəstə düşümüşük. Читать дальше...
Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məcburi köçkünlər arasında rəy sorğusu keçirib. Müstəqil tədqiqat qrupunun sorğusu 40 sual əsasında, 1135 nəfər arasında aparılıb.
Azərbaycanda son günlər yenə sosial şəbəkələrə nəzarət edilməsi ilə bağlı təkliflər səslənir.
Mayın 12-də Şuşada yeni məscidin təməli qoyulub. Məscid modern memarlıq üslubunda layihələndirilərək inşa ediləcək.
Qaragöl Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir, sərhəd gölü hesab edilir
Malayziyada virusun yeni ştammları yoluxma dalğasını gücləndirib, ölümləri artırıb. Hökumət həftənin əvvəlindən ölkəboyunca lokdaun elan edib
Pandemiya insanları bütün işlərini onlayn görməyə məhkum edib. Bəzi insanlarsa internetə qarşı antidot kimi tətbiqi sənətlərə üz tutublar.
Hesabatda deyilir ki, hakimiyyət ekstremist qrup hesab etdiyi, qeydiyyata almadığı Müsəlman Birliyi Hərəkatına bağlı fərdlərə qarşı hüquqi tədbirləri davam etdirib.
ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrova deyib ki, prezident Co Baydenin administrasiyası Moskvanın Birləşmiş Ştatlarda və ya başqa yerlərdə hər hansı təcavüzünə cavab verməkdə tərəddüd keçirməyəcək. Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Blinken Lavrovla mayın 12-də telefonla danışıb: "Dövlət katibi Blinken prezident Baydenin Rusiyanın bizə və müttəfiqlərimizə ziyan vurması müqabilində ABŞ vətəndaşlarının müdafiəsi və ABŞ maraqlarının qorunması üçün qətiyyətini bir daha nəzərə çatdırıb”. Читать дальше...