Ermənistanda xarici işlər nazirinin səlahiyyətlərini icra edən Ara Ayvazyan istefa verib. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu məlumatı Ermənistan XİN-in sözçüsü Anna Nağdalyan bəyan edib. Azatutyun qeyd edir ki, Xarici İşlər Nazirliyi AzadlıqRadiosunun istefanın səbəbi barədə sualına cavab verməyib. XİN bildirib ki, bu barədə açıqlama verilməsi nəzərdə tutulmayıb. Azatutyun yazır ki, nazir əvəzi faktiki olaraq Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasından dərhal sonra istefasını elan edib. Читать дальше...
Azərbaycan Ermənistan sərhədində yaşanan problem necə çözülə bilər? Sərhədlərin dəqiqləşdirilməsinə başqa ölkələrdən, məsələn, ABŞ və Avropalı ekspertlər də cəlb oluna bilərmi? ABŞ Dövlət Departamentində baş məsləhətçi işləmiş, amerikalı siyasi şərhçi Pol Qobl düşünür ki, bu prosesə təkcə Rusiya vasitəçilik eləsə, problem bitib-tükənməyən sərhəd mübahisəsinə çevrilə bilər: “Mən ümid edirəm ki, ən azından Azərbaycan əmin olacaq ki, ABŞ-ın burada iştirakı gələcəkdə hər hansı problem yaranmamasına zəmanət olacaq. Читать дальше...
ABŞ-dan olan ekspertin fikrincə, sovet dövründə Azərbaycan və Ermənistan sərhədləri ilə bağlı iki fərqli xəritənin olması mübahisəni daha da qızışdırır.
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı Ermənistanın isterik davranışları anlaşılan deyil".
İran prezidenti Həsən Ruhani ölkədə kriptovalyuta mədənçiyilinə 4 ay müddətində qadağan qoyulması barədə qərar qəbul edib. Xəbər verilir ki, prezidentin bu qərarı ölkənin böyük şəhərlərinin elektriklə təchizatında fasilələrin yaranması ilə bağlıdır. Mayın 26-da televiziya ilə yayımlanan çıxışında Ruhani deyib ki, “kriptovalyuta fəaliyyətlərinə və kriptovalyuta mədənçiliyinə” sentyabrın 22-dək qadağan qoyulur. İran rəsmiləri bundan əvvəl də lisenziyasız kriptovalyuta mədənçilərini böyük elektrik sərfinə görə tənqid ediblər. Читать дальше...
Kiyev NATO-nu Ukraynanın üzvlüyü məsələsində “ləngliyinə” görə tənqid edib. Ukrayna alyansın gələn ay keçiriləcək sammitinə dəvət olunmamasından çaşqınlıq keçirdiyini bildirib. NATO sammiti iyunun 14-də Brüsseldə keçirilməlidir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba mayın 26-da deyib: “Biz müttəfiqlərin qapalı sammit keçirmək istədiklərini başa düşürük, amma bu sammitə Ukraynanın dəvət edilməməsinin necə mümkün olmasını anlamırıq”. Ukrayna prezidenti Volodimir Zelenski bu ayın əvvəllərində... Читать дальше...