Ermənistan Respublikası Türkiyəyə qarşı dövlətlərarası şikayətlə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun mayın 18-də Ermənistanın AİHM-dəki daimi nümayəndəsi Yegişe Kirakosyana istinadən yazır ki, Ermənistan Türkiyəni 44 günlük müharibədə iştirak etmək üçün “Azərbaycana suriyalı muzdluları göndərməklə konvensiyanı pozmaqda”, habelə Azərbaycana hərbi dəstək verməkdə ittiham edir. Ermənistan hökuməti hesab edir ki, Türkiyə “Ermənistan və Qarabağ sakinlərinin azadlıq... Читать дальше...
Artıq bir müddətdir ki, Azərbaycan və Ermənistan arasında sərhəd gərginliyi yaşanır. Azərbaycan tərəfi Ermənsitanla həmsərhəd bölgələrdə sərhədin dəqiqləşdirilməsi işini apardığını deyir. Yerevan isə Bakını onun suveren ərazisinə müdaxilədə ittiham edir. Mayın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov sərhədlərin dəqiqləşdirilməsini Bakı və Yerevana Moskvanın təklif etdiyini bildirib. Elə həmin gün ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da prezident İlham Əliyev və baş... Читать дальше...
Azərbaycanla Ermənistan arasında sərhəd hansı sənədlər, xəritələr əsasında dəqiqləşdirilir? Hələlik,... nə Azərbaycan, nə də Ermənistan hökumətləri sərhədlərin müəyyənləşdirilməsi zamanı hansı xəritələrdən istifadə edildiyini rəsmi açıqlayıb.
Ölkə Moskvaya bu barədə xəbərdarlığı bir həftə əvvəl etmişdi. Həmin məlumatda deyilirdi: "Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasının 9-cu maddəsinə əsasən Rusiya Federasiyası səfirlyinin bir əməkdaşını arzuolunmaz şəxs elan edib”. Məlumatda bu bildirilir ki, Rusiya Federasiyasının Şimali Makedoniyadakı səfiri Sergey Bazdnikin mayın 14-də ölkə Xarici İşlər Nazirliyinə çağırılıb və ona sözü gedən diplomata ölkəni tərk etmək üçün 7 gün vaxt verildiyinə dair nota təqdim olunub. Читать дальше...
Mayın 17-də Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasında bildirib ki, onların ərazisindən keçən dəhlizi heç vaxt müzakirə etməyiblər və etməyəcəklər.
Rusiya bir aktyor və bir kinorejissoru film çəkmək üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) – yer səthindən 402 kilometr hündürlüyə göndərmək planlarını açıqlayıb.
Avropa İttifaqı özünün 46 layihədən ibarət strukturlaşdırılmış əməkdalıq hərbi bloku – PESCO-ya ittifaqa üzv olmayan ABŞ, Kanada və Norveçi də dəvət etdikdən sonra Türkiyə də dəstəyə qoşulmaq istəyini bildirib. Avropa məsələlərindən bəhs edən müstəqil Euractiv portalı yazır ki, Avropa İttifaqı NATO ilə əməkdaşlığın gücləndirilməsi məqsədini güdən layihəni bu ay üçüncü ölkələr üçün də açıq elan edib. Bu da xəbər verilir ki, Brüssel qeyri-ittifaq ölkələrinin müdafiə layihələrinə qoşulması üçün siyasi... Читать дальше...