Ermənistanın Syunik vilayətində Rusiyanın 102-ci bazasının iki dayaq məntəqəsi yaradılıb. Reuters agentliyi bildirir ki, bu barədə məlumatı mayın 3-də baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan parlamentin sessiyasında verib. Onun sözlərinə görə, Ermənistan sərhədlərinin müdafiəsi Rusiya-Ermənistan birgə qoşun qruplaşmasının “gücü və səyləri” ilə həyata keçirilir: "Bu təkcə Syunik vilayətinin yox, bütün Ermənistanın təhlükəsizliyi üçün qarantiyadır”. Ermənistandakı Rusiya hərbi bazasının... Читать дальше...
Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyan 44 günlük müharibə ilə bağlı açılmış cinayət işi üzrə dindirilib. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun mayın 3-də xəbər verir ki, bu barədə məlumatı onun özü Facebook səhifəsində verib. O yazır ki, separatçı rejimin “prokurorluğu” onu şahid qismində dindirib. Arutyunyanın verdiyi məlumata görə, onu konstitusiya quruluşunun devrilməsi maddəsi üzrə aparılan cinayət işi çərçivəsində dindiriblər: “Bu işin son dərəcə mühüm olduğunu... Читать дальше...
Mayın 3-də Tələbə Güc Mərkəzinin üzvləri və tərəfdarları Bakıda aksiya keçirməyə cəhd ediblər.
Başqa bir sual doğuran layihə "Azəravtoyol"un çəkdiyi Füzuli-Şuşa yoludur. Toğrul Vəliyev deyir ki, bu məqsədlə hansısa tenderin elan olunması ictimaiyyətə məlum deyil.
ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi Senat dinləməsi üçün “2021-ci ildə ümumdünya təhlükəsi” adlı hesabat hazırlayıb. Hesabat Senatın müdafiə məsələləri üzrə komitəsinin saytında dərc olunub. Hesabatda əsas diqqət ABŞ və onun müttəfiqləri üçün əsas hədə olan Rusiya və Çinə yönəldilib. Sənəddə deyilir ki, dünya hazırda “qlobal strateji yarış” erasını yaşayır və burada ABŞ-ın əsas rəqibləri onun hegemonluğuna meydan oxuyan Çin və Rusiyadır. Hesabatda həm də “boz sahə” deyilən sferaya toxunulur. Читать дальше...
Bakıdakı "Jasmin" biznes mərkəzində obyektlər almış sahibkarlar indi ora daxil ola bilmirlər.
Azərbaycanda problemli kreditlərin həcmi son dönəmlər hər ay artmağa davam edir.