Bu günlərdə Ermənistan parlamentinin buraxılacağı və iyunun 20-da yeni parlament seçkisinin keçiriləcəyi gözlənilir. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan da seçkiyə qatılıb. O dünən, mayın 9-da Ermənistanda təxminən 9 min nəfərlik mitinq keçirib. Bəs, bu seçkidə Koçaryanın şansı nə qədərdir? Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan hesab edir ki, Koçaryan öz gücünü şişirdərək cəmiyyətə təqdim edir. Onun fikrincə, Koçaryanın Ermənistan cəmiyyətində nüfuzu olduqca aşağıdır... Читать дальше...
“Mən bir daha demək istəyirəm, müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında...” Bunu bugün, mayın 10-da Naxçıvanda olarkən Azərbaycan prezidenti İlham Əliyev dövlət televiziyasına müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur: “Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda... Читать дальше...
Mayın 10-da Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana işçi səfərə gəlir. Bu səfərin çərçivəsində onun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri planlaşdırılıb. Rusiya Xarici İşlər Nazirliyinin bu barədə bəyanatında deyilir ki, Moskva Azərbaycanla “münasibətlərin bütün spektri üzrə - siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə açıq və qarşılıqlı hörmətə söykənən dialoqa can atır”. Qeyd olunur ki, bu səfər zamanı əsas diqqət Rusiya, Azərbaycan... Читать дальше...
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Firudin Zeynalovun 26 gündür aclıq etdiyi bildirilir.
Siyəzən şəhərindəki 6 saylı məktəb-liseyin keçmiş direktoru Yeganə Əliyeva məhkəmə qarşısına çıxarılıb.
Metroda gediş haqqı bahalaşacaqmı? Buna ciddi zərurət varmı?
HRW xəbərdarlıq edir ki, koronavirus pandemiyasından dolayı lokdaunlar dövründə “məişət zorakılığına dair məlumatların artmasına” baxmayaraq, bəzi ölkələr sazişdən çıxıb, digərləri onun ratifikasiyasından imtina edib