Son həftələr Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Bu il mayın 12-də Ermənistan rəsmi qurumları bildirmişdilər ki, Azərbaycan silahlı qüvvələri onların sərhədlərini pozaraq bir neçə kilometr ərazilərinə daxil olub. Azərbaycan isə bunu təkzib edib. Tərəflər bir-birlərini atəşkəsi pozmaqda da ittiham edib. Ermənistan tərəfi iki hərbi quluqçusunun həlak olduğunu açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, qarşı tərəfə atəş açmayıb. Azərbaycan Müdafiə Nazirliyi daha sonra bildirib ki... Читать дальше...
Astara rayonun Pensər kəndin ərazisində, Bakı-Astara yolunun üstündə yerləşən həftəlik “Sitrus bazarı”nda (mayın 23-də) həmişəki kimi qələbəlikdir. Masallı rayonundan satmağa çiyələk gətirmiş Ələsgər deyir ki, bazarda adamların çox olmasına baxmayaraq qazanc azdır: “Baxırlar çiyələyə, gedirlər” “Bazarda əsasın yerli kənd təsərrüfatı məhsulları satılır. Sənaye malları da var. Məhsulların hamsı polietilen altında yetişdirilib. Hələ açıq sahədə əkilən məhsullar yetişməyib. Adətən ilin bu vaxtında... Читать дальше...
Azərbaycan-Ermənistan sərhədində beynəlxalq müşahidəçilər yerləşdirilsə proseslərə bir faydası olarmı? Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhədin mübahisəli sektorunda beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çağırıb. O Ermənistan Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasında deyib ki, təxribatlar aradan qaldırılmasa, bu, genişmiqyaslı toqquşmaya səbəb ola bilər: “Müşahidəçilərin olması hər iki tərəfin razılaşmanın şərtlərinə əməl etməsini təmin edər. Читать дальше...
Rusiyanın BMT-dəki səfirinin müavini mayın 28-də deyib ki, bu ay Mərkəzi Afrika Respublikasına (MAR) göndəriləcək yüzlərlə Rusiya əsgəri sadəcə olaraq “silahsız müşavirlərdir”. Dmitri Polyanski BMT-nin Nyu Yorkdakı qərargahında jurnalistlərə deyib ki, “onlar silahsızdırlar, çünki silahsız olmalıdırlar və sadəcə hərbi müşavirlərdir”. Polyanski sözü gedən əsgərlərin MAR-a çatıb-çatmadıqlarını bilmədiyini söyləyib. O əlavə edib ki, bu əsgərlər silahla da məşğul ola bilərlər, amma bu, onlar kiməsə... Читать дальше...