Rusiya Rumıniya hərbi attaşesinin müavininin ölkədən çıxarılması barədə qərar qəbul edib. Bu, Buxarestin bir Rusiya diplomatını persona non grata elan etməsinə cavab idi. Mayın 11-də Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və orada ona kapitan G. İlieskunun arzuolunmaz şəxc olduğuna dair etiraz notası təqdim olunub. Rusiya XİN-in bəyanatında deyilir ki, ölkədən çıxması üçün İlieskuya 72 saat vaxt verilib. Bəyanatda qeyd olunur ki, Moskva... Читать дальше...
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri Qarabağdakı sülh proseslərinə necə təsir edəcək? Bugün, mayın 11-də Sergey Lavrov Bakıda həmkarı azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirib. Sergey Lavrov bildirib ki, bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin tam dayandırılmasıdır. Onun sözlərinə görə, ərazidəki iqtisadi münasibətlərin bərpası Cənubi Qafqazın inkişafına təkan verəcək. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun başçılıq... Читать дальше...
Azərbaycan 2021-ci ilin birinci rübündə Rusiyadan beynəlxalq pul köçürmələrinə görə birinci olub. Rusiyanın TASS rəsmi xəbər agentliyi yazır ki, Azərbaycana adambaşına göndərilən minimum pul 11 min rubldan (150 dollar) çox olub. Russkiy Standart bankının araşdırmasına görə ötən il bu sahədə birincilik Qazaxıstana məxsus idi. Rusiyadan pul baratlarının göndərilməsi üzrə ikinci yerdə Belarusdur. Belarusların bu il vətənə göndərdikləri pul adambaşına minimum 10 min rubldan (135 dollar) çox olub. Читать дальше...
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri Qarabağdakı sülh proseslərinə necə təsir edəcək? Sergey Lavrov Azərbaycan rəsmiləri ilə nə danışdı, nələri müzakirə etdi?
Prezident İlham Əliyev Kanada hökumətinə öz işləri ilə məşğul olmağı tövsiyə edib. "Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik...", - o, Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Bu il mayın 4-də Azərbaycanın saxladığı üç hərbçini Ermənistana qaytardığı bildirilir.
Kampaniyaçılar Türkiyə hakimiyyətindən tələb edirlər ki, konvensiyadan çıxmaqla bağlı iyulun 1-də qüvvəyə minəcək qərarına yenidən baxsın
Ermənistanda parlament seçkisi iyunun 20-də olacaq. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, ölkə prezidenti Armen Sarkisyan Milli Məclisin buraxılmasına və yeni parlament seçkisi keçirilməsinə dair fərmanı imzalyıb. Azatutyun xatırladır ki, mayın 10-da Milli Məclis iki həftə ərzində ikinci dəfə Nikol Paşinyanı baş nazir seçməyib. Beləliklə, Ermənistan Konstitusiyasına və parlament çoxluğu ilə iki müxalifət fraksiyası arasında əldə olunmuş razılaşmaya görə 7-ci çağırış Milli Məclisi qanunla buraxılıb. Читать дальше...
Azərbaycan prezidenti İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-ın xəbərinə görə, Prezident İlham Əliyev xatırladıb ki, iki həftə bundan əvvəl Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə üç ölkənin (Azərbaycan, Rusiya və Ermənistan) baş nazirləri müavinlərinin üçtərəfli görüşü keçirilib: “Mənim fikrimcə, həmin görüşdə birgə Bəyanatın mühüm bəndinin ... Читать дальше...