Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan mayın 5-də ikinci və üçüncü prezidentlərə qarşıdan gələn seçkidə “Milli barışıq alyansı” bloku adı altında birgə iştirak etməyə dəvət edib. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, Ter-Petrosyan bu barədə özünün ilur.am saytında dərc etdiyi məqalədə yazıb. Məqalədə Ter-Petrosyan bildirir ki, o hələ martın 25-də “Ermənistan və Dağlıq Qarabağın keçmiş prezidentlərinin” onun təşəbbüsü ilə keçirilən görüşündə Robert Koçaryana və Serj Sarkisyana bu barədə rəsmən müraciət edib.
Böyük yeddilərin (G7) Londonda keçirilən sammitində mayın 5-də COVID-19 narahatlığı yaşanıb. Hindistan nümayəndə heyətinin iki üzvündə virus aşkar edildikdən sonra bu ölkənin xarici işlər naziri deyib ki, o və bütün nümayəndə heyəti özünütəcridə gedir. Britaniyanın ev sahibliyi etdiyi üçgünlük sammit Böyük yeddilərin son iki ildə ilk üzbəüz görüşüdür. Bu sammit həm də Qərbin Rusiya və Çin təhlükələri qarşısında yekdil və həmrəy olduğunu nümayiş etdimək məqsədi güdür. Hindistan hazırda dünyada... Читать дальше...
Gürcüstanın baş naziri İrakli Qaribaşvilininin Bakıda, prezident İlham Əliyevlə birlikdə mehriban qonşuluğu ifadə edən görüntüləri və bəyanatları yayılsa da, bu iki ölkə arasında son vaxtlar narazılıqlar da olmamış deyil. Məsələn, əgər Gürcüstan hökuməti imkan versəydi, Azərbaycan şirkəti bütün Qafqaz regionunun, o cümlədən Ermənistanın internet təchizatının əsas hissəsinə nəzarət edəcəkdi. Amma bir müddət əvvəl Gürcüstan hökumətinin prosesə müdaxiləsi buna mane oldu, nəticədə Azərbaycanın Neqsol... Читать дальше...
"Azərsu"nun işdən çıxarılan rəhbəri bu kəndin camaatına da su söz veribmiş...
Livan vətəndaşı Viken Eulcekcian yaxın günlərdə Bakıda məhkəmə qarşısına çıxarılacaq.
Siyasi fəal Bayram Məmmədovun Türkiyədə vəfat etdiyinə dair məlumat yayılıb.
Çində koronavirus pandemiyası və milli azlıqlardan yazanlar böyük təhlükələrlə üzləşirlər. “Amerikanın səsi” yazır ki, PEN America insan haqları qrupunun son hesabatına görə belələri 2020-ci ildə həbsxanada olan 273 yazıçı və jurnalistin az qala üçdə birini təşkil edirlər. PEN Amerikanın yeni hesabatında deyilir ki, bu rəqəm 2019-cu ildən bəri və pandemiya dövründə kəskin artıb. Hesabatda bildirlir ki, istər avtokratiyalarda, istərsə də zəif demokratiyalarda siyasi liderlər pandemiyadan və... Читать дальше...
ABŞ prezidenti Co Bayden deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə sammit keçirmək barəsində verdiyi təklifin onun iyun ayında Avropaya səfəri əsnasında həyata keçə biləcəyinə ümid edir. Bayden bunu mayın 4-də koronavirusla mübarizəyə həsr olunmuş çıxışından sonra jurnalistlərə bildirib. O bildirib ki, “bu, mənim ümidim və gözləntimdir və biz bunun üzərində işləyirik”. ABŞ prezidenti kimi ilk xarici səfərində Bayden iyunun 11-13-də Böyük yeddilərin (G7) Britaniyada keçiriləcək sammitinə qatılmalıdır. Читать дальше...