Avropa İttifaqının sərnişin təyyarəsinin məcburən Minskə endirilməsinə və müstəqil blogerin həbsinə görə Belarusa qarşı sanksiyalar hazırladığı bir vaxtda, bu ölkənin avtoritar başçısı Alyaksandr Lukaşenka Rusiyanın Soçi şəhərində prezident Vladimir Putinlə görüşüb. Mayın 28-də Lukaşenkanı qəbul edən Putin iddia edib ki, bu görüş təyyarə məsələsi “emosional partlayış” yaratmazdan əvvəl planlaşdırılıb. O üzünü Lukaşenkaya turaraq deyib ki, “bizim bütün bunlarsız da müzakirə edəcəyimiz məsələlər var”. Читать дальше...
Mayın 28-də Azərbaycan prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Ağdam rayonunda səfərdə olan dövlət başçısı çıxış edib. "Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq” – deyə prezident vurğulayıb. Prezident qeyd edib ki, təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir: "Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib." "Heç kim... Читать дальше...
Azərbaycanın Müdafiə Nazirliyi mayın 27-də Kəlbəcər rayonu ərazisində altı erməni hərbçisinin saxlandığını bildirir
Azərbaycanda fermerlər becərdikləri məhsulun satılmasında çətinliklə üzləşdiklərini bildirirlər.
Azərbaycan Müdafiə Nazirliyi mövqelərinin atəşə tutulduğunu açıqlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyev bəzi institut direktorlarının islahat keçirməyə maneə yaratdıqlarını deyib: "İşə köhnə təfəkkürlə yanaşmaq, dünya təcrübəsini görməzdən gəlmək həmin müəssisələrin rəhbərlərini gündəmə gətirir".
Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan mayın 27-də Ermənistan-Azərbaycan sərhədinin mübahisəli sektorunda beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çağırıb. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, sərhədin sözü gedən hissəsində iki ölkənin silahlı qüvvələri qarşı-qarşıya dayanıblar. Xəbərdə deyilir ki, mayın 27-də Azərbaycan qüvvələri 6 Ermənistan əsgərini əsir götürdükdən sonra gərginlik daha da artıb. Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasında deyib ki... Читать дальше...
Rusiya bildirir ki, Vaşinqtonun silahlara nəzarət sazişinə qayıtmamaqla bağlı qərarı gələn ay iki ölkə liderinin planlaşdırılan sammitində silahlara nəzarət məsələsinin müzakirəsinə kölgə salır. Sözügedən saziş onlarla üzv ölkənin bir-birinin hava məkanına silahsız nəzarət uçuşlarına imkan verir. Xarici işlər nazirinin müavini Sergey Ryabkov bu haqda mayın 28-də danışıb. “Biz yalnız təəssüf edə bilərik”, – bunu isə Kremlin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya və ABŞ-ın nəzarəti olmasa... Читать дальше...
Böyük yeddilərin xarici işlər nazirləri və Avropa İttifaqının ali komissarı Belarus hakimiyyət orqanlarının müstəqil jurnalist Roman Protaseviçi və onun yoldaşı Sofiya Sopeqanı həbs etməklə yol verdiyi misli görünməmiş hərəkətini qətiyyətlə pisləyiblər. Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və ABŞ-dan ibarət G7 qrupunun bəyanatında habelə mayın 23-də sərnişin təyyarəsinin məcburən Minskə endirilməsi kəskin təqnid olunub. Pratoseviç və Sopeqa bu təyyarənin sərnişinləri idilər. Читать дальше...