ABŞ prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatlar Ukraynanı Rusiya təcavüzünə qarşı dəstəkləməkdə davam edəcək və Moskvanın Krımı ilhaq etməsini heç vaxt tanımayacaq. Bayden bu bəyanatı fevralın 26-da Ukraynanın Moskvada Krımın ilhaqına hazırlaşmasının 7-ci ildönümünü qeyd ettiyi bir vaxtda verib: "Birləşmiş Ştatlar yarımadanın Rusiya tərəfindən ilhaqını tanımır və heç vaxt tanımayacaq və biz Rusiyanın təcavüzünə qarşı həmişə Ukraynanın yanında olacağıq. Biz Ukraynadakı təcavüzünə görə Rusiyadan... Читать дальше...
“Ermənistanın baş nazirinin “İskander” raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu.” Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında Rusiyanın “Zvezda” media holdinqinin sualına cavabda deyib. Azərbaycan prezidenti vurğulayıb ki, o bu mövzuda istehza ilə danışmaq istəmir: “Rusiyanın rəsmi şəxsləri, Rusiya parlamentinin üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şərhlər olub ki, raketlərin 10 faizinin partlaması üçün əlbəttə, çox çalışmaq lazımdır. Читать дальше...
Mərkəzi Vaşinqtonda yerləşən Eurasiagroup risk araşdırma mərkəzinin region üzrə baş analitiki Zakari Uitlin deyir ki, keçən payız baş verən Qarabağ müharibəsinin xarici investorlar üçün əsas siqnalı bu oldu ki, Azərbaycanda təhlükəsizlik məsələsi aktualdır: “Düşünmürəm ki, investisiya mühiti müharibədən ciddi şəkildə təsirlənib. Keçən payız çıxan əsas nəticə bu oldu ki, bütün ölkə boyu təhlükə riski yüksəkdir. Buna səbəb münaqişə zonasından kənardakı ərazilərin raket hücumuna məruz qalmasıdır. Bununla belə... Читать дальше...
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ermənistanda dövlət çevrilişi cəhdi ilə bağlı danışarkən Ankaranın “istənilən formada çevrilişə qarşı olduğunu” bildirib: "Biz çevrilişlərin istənilən formasına qarşıyıq. Əgər bir dəyişikliyə ehtiyac vardırsa, bu dəyişikliyi Ermənistan xalqı etməlidir”. Erdoğan bu bəyanatı fevralın 26-da Üsküdardakı Səlimiyyə məscidində cümə namazının ardınca jurnalistlərin suallarını cavablandırarkən verib. O deyib ki, Türkiyənin çevrilişləri qəbul etməsi tamamilə qeyri-mümkündür. Читать дальше...
Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzini polisin saxlamasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA Agentliyinə bildirib ki, AXCP üzvü bu gün "Ana harayı" abidəsini ziyarət edən zaman ona yaxınlaşaraq sual verən blogerə qarşı nalayiq ifadələr işlədib: "Bundan sonra blogerin müraciəti əsasında Seymur Həzi polis bölməsinə aparılıb. Orada onunla profilaktik söhbət aparıldıqdan sonra izahatı alınaraq sərbəst buraxılıb". Читать дальше...
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin portretini çəkən rəssam Pərnisə Əsgərova (Pəri Miniatür) fevralın 26-da hakim qarşısına çıxıb.
Dünən, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatından sonra ölkədə siyasi vəziyyət gərginləşib.
"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir".
"The Independent" qəzeti yazır ki, ABŞ-ın Tennessi ştatında bir kitabxana işçisi mühafizəkar alim Enn Koulter və keçmiş prezident Donald Trampın kitablarını yandırmaqda ittiham olunaraq işdən qovulub.
Bəzi şeylər gözümüzün qabağında olsa da, onları görmürük. Leonardo da Vinçinin 1503-cü ildə çəkdiyi məşhur Liza del Cokondo (Mona Liza) portretində biz Mona Lizanın üzərində oturduğu kürsüyə fikir vermirik. Halbuki, gənc qadının əlinin bütün barmaqları həmin kürsüyə tərəf yönəlib və ümumiyyətlə, əli ilə kürsüdən yapışıb. Dünyanın ən məşhur sənət əsəri olan “Mona Liza”nın bütün detalları çox diqqətlə təhlil edilib. Böyük ehtimalla, kürsü əsərin adətən nəzərdən qaçan yeganə elementidir. Da Vinçi çox da böyük olmayan (77 x 53 santimetr)... Читать дальше...