“Mənim internetdə keçirilən diskussiyada söylədiyim fikrilər təhrif olunub” AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə bəyanatı fevralın 3-də hakim “Mənim addımım” fraksiyasından millət vəkili Anuş Beqloyan verib. Xanım Beqloyan bu müzakirə zamanı demişdi: “Qədim tarixçilərdən və tarixi əsərlərdən sitat gətirməkdə Ermənistana çatan olmaz. Ona görə də düşünürəm ki, biz gələcəyə baxmalıyıq, bu tarixi torpaqların kimə məxsus olması barədə sonsuz müzakirələrə qayıtmamalıyıq”. Читать дальше...
BMT-nin ən yüksək məhkəməsinin qərarında deyilir ki, İranın ABŞ sanksiyalarının qanuniliyi barədə şikayətinə baxıla bilər. Haaqada mənzillənmiş Beynəlxalq Ədalət Məhkəməsi hakimlər şurasının əksəriyyəti fevralın 3-də qəbul edilmiş qərara səs verib. Qərarda deyilir ki, bu məhkəmə qurumu ABŞ-ın İrana qarşı sanksiyalarının qanuniliyi barədə hökm çıxarmaq səlahiyyətindədir. İran məhkəməyə 2018-i ildə ovaxtkı prezident Donald Tramp öz ölkəsini birtərəfli qaydada 2015-ci il sazişindən çıxaranda müraciət etmişdi. Читать дальше...
Ukrayna Rusiya prezidenti Vladimir Putinə bağlılığı ilə tanınan siyasi fiqurla əlaqəsi olan medialara sanksiyalar qoyub. Ukrayna prezidenti Volodimir Zelenksi özünün milli təhlükəsizlik müşavirlərinin məsləhəti ilə ölkədə fəaliyyət göstərən üç telekanala sanksiyalar elan edib. Bu telekanalların hamısı moskvayonlü Həyat Naminə Platformanın üzvü Taras Kozaka məxsusdur. Əslində isə Ukrayna mediasının yazdığına görə 112, NewsOne və ZIK telekanalları rusiyayönlü siyasi şuranın rəhbəri Viktor Medvedçukun mülkiyyətindədir. Читать дальше...
Təmir-tikinti materiallarının istehsalı və satışıyla məşğul olan "Mahmud Topçu K" MMC iddia edir ki, "Azəriqaz" əməkdaşları hər ay ona artıq sərfiyyat yazıb, pulunu ödətdiriblər.
EIU dünya əhalisinin yarıya qədərinin – 49.4 faizinin müəyyən dərəcədə demokratiya, yalnız 8.4%-nin isə “tam demokratiya” şəraitində yaşadığını bildirir
Son günlər Azərbaycanda təhsil sahəsində tələbələrin şikayətləri eşidilir. Bəzi tələbə təşkilatları iddia edir ki, son zamanlar kollokvium və imtahan nəticələrinin qiymətləndirilməsi düzgün, şəffaf aparılmır.
Yeni ili qarşılayanda insanlar özlərinə cürbəcür vədlər verirlər. Kiməsə qəribə görünə bilər, ancaq ən çox qarşıya qoyulan məqsədlərdən biri daha çox yatmaqdır.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün, fevralın 3-də "Baku Steel Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Müşahidə Şurasının sədri Rasim Məmmədovla bağlı məlumat yayıb. Bu məlumatda da onun cinayət məsuliyyətinə cəlb olunduğu təsdiq edilir. Ötən həftə bununla bağlı müdafiə tərəfi məlumat yaymışdı. DTX qeyd edir ki, R.Məmmədovun ölkədə metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına və dövlətin mənafelərinə zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı daxil olmuş məlumatlar araşdırılıb. Читать дальше...