Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşüb. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, onlar “Qarabağda iri infrastruktur layihələrinin həyata keçirilməsi” məsələlərini müzakirə ediblər. Bu barədə məlumatı özünün Facebook səhifəsində baş nazirin mətbuat katibi Mane Gevorkyan yayıb. Mətbuat katibinin “müşavirə” adlandırdığı bu görüşdə Ermənistan hökuməti nümayəndələrinin iştirak etdiyi bildirilir. Gevorkyan yazır ki, Yerevanda keçirilən görüşdə “qarşıda duran proqramlar... Читать дальше...
Ermənistanın pilotsuz uçan aparatları (PUA) hazırda dövlət sınağından keçirilir. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə bunu fevralın 9-da Yerevanda keçirilən mətbuat konfransında yüksək texnologiyalar sənayesi naziri və dövlət hərbi-sənaye komitəsinin başçısı Akop Arşakyan deyib. O bildirib ki, sözü gedən sınaqlardan sonra Ermənistanda hərbi dronların istehsalına başlanacaq. Nazirin sözlərinə görə, Ermənistanda kəşfiyyat PUA-larının seriya istehsalına yalnız 2020-ci... Читать дальше...
Fevralın 9-da Azərbaycan və Ermənistan arasında əsirlərin növbəti mübadiləsi keçirilib. Bu barədə xəbəri RIA Novosti Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinə istinadən yayıb. Sülhməramlıların komandanı, general-leytenant Rüstəm Muradov deyib ki, Bakıya 1, Yerevana 5 əsir gətirilib. O bildirib ki, əsirləri Yerevana və Bakıya Rusiyanın hərbi təyyarələri çatdırıb. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun baş nazirin müavini Tiqran Avinyanın ofisindən aldığı məlumata əsasən yazır ki... Читать дальше...
Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel deyib ki, onun ötən həftə Moakvaya səfəri Rusiyanın “qorxulu, avtoritar” yol seçdiyini göstərib. Fevralın 9-da Avropa Parlamentində çıxış edən Borrel bildirib ki, Rusiyanı Aleksey Navalnının həbsinə görə yeni sanksiyalar gözləyə bilər. Komissar deyib ki, Kreml insan haqları müzakirənin bir hissəsi olan heç bir dialoqda iştirak etmək niyyətində deyil: "Belə görünür ki, orada demokratik alternativlərin inkişaf üçün heç bir məkan yoxdur və... Читать дальше...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədovun işi üzrə istintaq yekunlaşıb.
Fevralın 9-da hazırda həbsdə olan bəzi məhbusların yaxınları Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi önündə toplaşıblar.
Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin maşını və evi əlindən alına bilər.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun reportajında deyilir ki, Şıxovuz (ermənilər Şikahoğ deyirlər) kəndinin sakini Andranik Markaryan başa düşə bilmir: Niyə sülh razılaşmasından sonra Rusiya, Azərbaycan və Ermənistan silahlı əsgərləri onların kəndinə gedən yolun üstündə dayanıblar? O tez-tez nizamsız atəş səslərini eşitdiyini bildirir: “Belə hal uzun müddət davam etsə, nəticəsi müharibə olacaq”. Xəbərdə deyilir ki, Gorus-Qafan şosesində, habelə Ermənistanın Syunik vilayətinin kəndarası... Читать дальше...