Avropa İttifaqı xarici işlər komissarı Josep Borrel bəyan edib ki, ittifaq Aleksey Navalnı ilə bağlı Rusiya üzərinə yeni sanksiyaların qoyulacağını istisna etmir. O bu barədə Moskva səfərindən sonra yazdığı bloqda bildirir. Borrel yazır ki, yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi üçün bu yaxınlarda təsdiqlənmiş mexanizmdən istifadə oluna bilər. Bu mexanizm insan haqlarının pozulmasına görə ölkələrə qarşı sanksiyaların elan olunmasına imkan verir. Borrel xatırladıb ki, o Moskva səfəri zamanı... Читать дальше...
Birləşmiş Ştatlar ikiillik fasilədən sonra BMT-nin əsas insan haqları agentliyinə müşahidəçi statusunda qayıdacaq. ABŞ-ı Cenevrədəki İnsan Haqları Şurasından keçmiş prezident Donald Trampın administrasiyası çıxarmışdı. ABŞ-ın 47 ölkənin üzv olduğu bu qurumdakı səfiri Mark Kasseyr fevralın 8-də deyib: "Şuranın işindəki çatışmazlıqları nəzərə alsaq da, bilirik ki, bu qurum dünya boyunca tiranlığa və ədalətsizliyəı qarşı mübarizə aparanlar üçün potensial baxımdan böyük əhəmiyyətə malikdir”. ... Читать дальше...
Rusiya ziyalıları – alimlər, aktyorlar, rejissorlar, yazıçılar və ictimai xadimlər Rusiya vətəndaşlarına, hakimiyyət orqanlarına və siyasi partiyalara məktubla müraciət ediblər. Bu məktubda Rusiyada siyasi təqiblər, dinc aksiyaların dağıdılması və məhkəmə özbaşınalığı pislənir. Müraciətdə Aleksey Navalnının adı bilavasitə çəkilməsə də, məktubun məzmunundan söhbətin onun da təqibindən və tərəfdarlarının aksiyalarından getdiyi bəlli olur. Yanvar ayında Navalnının həbsinə etiraz edən aksiyalarda minlərlə insan saxlanıb. Читать дальше...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Ruslan Əmirov fevralın 8-də məhkəmə qarşısına çıxarılıb.
Çin dünyanın ikinci böyük iqtisadiyyatı, ən böyük xam neft idxalçısıdır. Bu ölkənin koronavirusun önlənməsindəki uğuru da iqtisadi fəaliyyətin sürətli bərpasına imkan yaradıb.
Son həftələr dünya birjalarında neftin qiyməti yüksəlməkdə davam edir.