Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə artıq bu ay səfər və mülkiyyət qadağanları qoya bilər. Reuters üç diplomata istinadən yazır ki, Fransa və Almaniya bu barədə razılığa gəliblər. Xəbərdə deyilir ki, Putinin ən qatı tənqidçisi Aleksey Navalnının həbsinə cavab olacaq sanksiylar dekabr ayından işə salınmış yeni mexanizm əsasında qoyulan ilk sanksiyalar olacaq. Avropa İttifaqının yeni sanksiyalar çərçivəsi dünya boyunca insan haqları pozucularının cəzalandırılmasına imkan verir. Читать дальше...
Bakıda Heydər Əliyev prospektinin siması ildən ilə dəyişir. İndi xarici qonaqları Bakının mərkəzinə gələrkən, həm də tikintisi yüz milyonlarla manata başa gələn inzibati binalar qarşılayır.
Şəki Penitensiar Müəssisəsində saxlanılan məhkum Röyal Əhmədovun orada iki gündür ki, ölüm aclığına başladığı bildirilir.
Bir neçə gün əvvəl 11-yaşlı qız və oğlanın nişan mərasimindən yayılmış kadrlar Azərbaycanda da erkən nikahlar mövzusunu yenidən aktuallaşdırıb.
Son vaxtlar karantin cərimələrinin dərhal ödənilməsi tələbi ilə bağlı şikayətlər artıb.
"Locked Down" (Lokdaun) filminin rejissoru Daq Layman anlayır ki, auditoriyanın hələ bitməmiş tarixi hadisə haqında filmə baxacağını gözləmək o qədər də müdrik hərəkət deyil.
Birləşmiş Ştatlar Ankaranın bu məsələni müzakirə etmək təklifini rədd edərək Türkiyəni Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemindən imtina etməyə çağırıb. Türkiyənin müdafiə naziri Hulusi Akar bu həftə verdiyi müsahibədə Vaşinqton və Ankara arasında mümkün kompromisdən bəhs etmişdi. O demişdi ki, Türkiyə Rusiyanın S-400 raketlərini tamamilə yerləşdirməyə də bilər. Rusiyanın sözü gedən raket sistemi Qərbin hərbi təyyarələrini vurmaq üçün hazırlanıb. ABŞ Dövlət Departamentinin... Читать дальше...