“Dağlıq Qarabağdakı münaqişənin gedişində İskander raket komplekslərindən istifadə olunmayıb”. Bunu Rusiya Müdafiə Nazirliyi fevralın 25-də yaydığı bəyanatda bildirib. Bəyanatda iddia olunur ki, “görünür, Ermənistanın baş naziri Nikol Paşinyana yanlış məlumat verilib”. Bu, rəsmi Moskvanın Paşinyanın Qarabağ müharibəsində İskander raketlərindən istifadə olunduğuna dair dediklərinə ilk reaksiyasıdır. Paşinyan İskander raketlərinin tam gücü ilə partlamadığını demişdi. Bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi bəyan edib... Читать дальше...
Fevral 25-də Ermənistanın baş naziri Nikol Paşinyan öz tərəfdarları ilə birlikdə Yerevan küçələrinə çıxıb. Səhər saatlarında Ermənistan silahlı qüvvələri naş nazir Nikol Paşinyanın və hökumətinin istefasını tələb etmişdi. Ordu, bu tələbi baş qərargahın rəis müavininin işdən çıxarılmasına etiraz olaraq irəli sürdüyünü bildirib. Paşinyan isə bunu “hərbi çevriliş” cəhdi adlandırıb. Azərbaycanda bir çox siyasi şərhçilər hesab edirlər ki, ordunun belə davranışının arxasında Paşinyana qarşı olan Rusiya dayanır. Читать дальше...
Fevralın 25-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub. Kremlin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, iki lider Ermənistanda yaranmış vəziyyəti müzakirə ediblər: “Vladimir Putin Ermənistanda qayda-qanun və sakitliyin saxlanmasına, situasiyanın qanun çərçivəsində tənzimlənməsinə tərəfdar olduğunu bildirib. Rusiya dövlətinin başçısı bütün tərəfləri təmkinə çağırıb”. Avropa İttifaqı Ermənistanda baş verən hadisələri diqqətlə... Читать дальше...
Ermənistanda ordu ilə siyasi hakimiyyət arasında çəkişmə hansı nəticələrə gətirib çıxara bilər?
"Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır".
NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elmir Abbasovun həm saxlanılıb polis bölməsinə aparılarkən, həm də bölmədə döyüldüyü, təhqir edildiyi iddia olunur.
Lerik rayonunun dağ kəndlərinə 35-40 santimetr qar yağdığı deyilir.
Fevralın 23-də axşam saatlarından Azərbaycan paytaxtı Bakıya yağmağa başlayan qar fevralın 24-ü, gün ərzində buna davam etdi.
Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində etiraz olaraq ülgüclə özlərinə xəsarət yetirən təqsirləndirilən şəxslərin təcridxanaya qaytarılandan sonra orada təzyiqlərə məruz qaldığı bildirilir.
Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın İskander ballistik raketləri barədə dedikləri Moskvada əsl hiddət fırtınasına səbəb olub. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Rusiya Dövlət Dumasının müdafiə komitəsi sədrinin müavini Viktor Zavarzin fevralın 24-də “Qovorit Moskvı” radiostansiyasına müsahibəsində Paşinyanı yalançılıqda ittiham edib. Paşinyan fevralın 23-də 1in.am portalına verdiyi müsahibədə Rusiya istehsalı İskander raket komplekslərinin “keyfiyyətsizliyindən” söz açmışdı. Читать дальше...