Britaniyanın media tənzimləyicisi - Ofcom Çinin dövlət telekanalının yayım lisenziyasını ləğv edib. Qurum bildirir ki, buna səbəb telekanalın redaksiya müstəqilliyinin olmaması və onun Çin Kommunsit Partiyasına bağlılığıdır. Ofcom belə bir nəticəyə apardığı araşdırma nəticəsində gəldiyini qeyd edir. Təşkilatın fevralın 4-də verdiyi bəyanatda bu da bildirlir ki, Çinin ingilisdilli Global Television Network (CGTN) kanalı Britaniyanın yayım qanunlarını pozub: "Bizim təhqiqatımız göstərir ki... Читать дальше...
Rusiyadakı Ümumtatar İctimai Mərkəzinin (ÜTİM) lideri Farit Zakiyev prokurorluğun bu təşkilatı ekstremist qurum kimi ləğv etmək müraciətinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Zakiyev aclıq aksiyasına fevralın 3-də başlayıb. O prokurorluğun təşəbbüsünü “absurd” adlandırıb: "ÜTİM-i ekstremist təşkilat kimi tanımaq bütün tatar xalqını ekstremist elan etməkdir. Bu isə öz növbəsində Tatarıstanın dövlətçilik ideyasının və Rusiya Konstitusiyasının federalizm maddəsinin pozulması deməkdir”. ÜTİM... Читать дальше...
Dağlıq Qaarabağ separatçılarının liderlərindən Vitali Balasanyan “Qarabağ ordusunun” buraxılması barədə şayiələri təkzib etsə də, iddia edib ki, hazırda müqavilə əsasında peşəkarlardan ibarət birləşmələrin təşkili məsələsinə baxılır. AzadlıqRadiosu Erməni xidməti Azatutuyunun yazdığına görə Balasanyan habelə Xankəndinin “Dirçəliş” meydanında və başqa inzibati binalarında Azərbaycan bayraqlarının qaldırılacağına dair şaiyələri rədd edib: “Cəmiyyətin bəzi dairələrində belə bir narahatlıq var ki... Читать дальше...
SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin adı hallanan cinayət işi üzrə bir il davam edən məhkəmə araşdırmaları yekunlaşıb.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd olayına görə həbs olunub, 2020-ci ilin noyabrında təcridxanada vəfat edən Müşfiq Qurbanovun ailəsi ona bəraət verilməsində israrlıdır.
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cinayət məsuliyyətinə cəlb olunub.
Fevralın 1-də Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində işğaldan azad edilən torpaqlarda bərpa işlərindən danışarkən ictimai nəzarətin vacibliyinə toxunub.
Yuxarı siniflər və universitetlərdə də ənənəvi tədris qismən bərpa olunur.
“Freedom House” insan haqları təşkilatı fevralın 4-də yaydığı hesabatda transmilli repressiyanın qlobal miqyasda demokratiyaya getdikcə daha çox təhdid yaratdığını bildirir
Türkiyə prezidenti Recep Tayyip Erdoğan fevralın 3-də deyib ki, o ölkə universitetlərindən birində bir aydır davam edən nümayişin 2013-cü ildə olduğu kimi antihökumət etirazlarına çevrilməsinə imkan verməyəcək. Prezident etirazçıları “terrorçu” adlandırıb. Reuters agentliyi yazır ki, İstanbulun Boğaziçi Universitetində tələbələr və müəllimlər alim və keçmiş siyasətçi Melih Bulunun rektor təyin edilməsinə etiraz edirlər. Etirazçılar bildirirlər ki, təyinat qeyri-demokratik olub və rektor istefa verməlidir. Читать дальше...