AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xəbər verir ki, əsirlərin və itkinlərin yaxınları fevralın 10-da Gümrü-Yerevan və Gümrü-Armavir yolunun müxtəlif sektorlarını bağlayıblar. Onlar bu aksiya ilə hakimiyyət orqanlarına öz narazılıqlarını bildirməyə çalışıblar. Şirak vilayətinin sakinləri bildiriblər ki, onlar ərazini gecə də tərk etməyəcəklər. Ermənistan ordusunun Qarabağ müharibəsində döyüşən əsgərlərinin əksəriyyəti bu vilayətdən idilər. 10 noyabrdan sonra əsir düşənlər ... Читать дальше...
Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın öldürülməsi və meyitinin yandırılmasında ittiham edilən İlkin Süleymanov haqqında baş prokurorun təqdimatına fevralın 10-da Bakı Apellyasiya Məhkəməsində baxılıb. 13 aydır həbsdə olan İlkin Süleymanov barəsində həbs-qətimkan tədbirinin daha 4 ay uzadılmasını istəyən baş prokurorun təqdimatını Nəsimi Rayon Məhkəməsi ötən həftə təmin etmişdi. Həmin qərardan vəkillər apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsində İlkin Süleymanov özü də iştirak edib. Читать дальше...
Hazırda koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin nümayəndələri və vəkili məhkəmə-tibbi ekspertizanın nəticələrini ala bilmədiklərini deyirlər. Burada söhbət Nəsimi Rayon Prokurorluğunun Oqtay Gülalıyevi müalicə edən həkimlər barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından gedir. Oqtay Gülaliyevin ailəsinin açıqlamasına görə, istintaq onlara öz qərarını məhkəmə-tibbi ekspertizanın rəyi ilə əsaslandırıb. Oqtay Gülalıyevin yaxınları Azadlıq Radiosuna bildiriblər ki... Читать дальше...
"Bloomberg" yazır ki, 2020-ci ildə Çində tarixdə ilk dəfə ABŞ-dan daha çox kino bileti satılıb.
"Daddy" və "Slave Play" kimi tamaşaları ilə tanınan amerikalı dramaturq Ceremi O. Harris "The Guardian"a yazdığı məqalədə Amerika teatrının düşdüyü acınacaqlı vəziyyətlə bağlı həyəcan təbili döyüb.
"Kommersant" qəzeti yazır ki, yazıçı Lev Tolstoy gəncliyində kart oyunlarında uduzur, eyni zamanda "Zəif yerlər üçün gündəlik" tutub burada özünü ömrünü boşa keçirdiyinə görə qınayırmış.
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərindən bir il ötür.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov şəriət qanunlarıyla idarə olunan dövlət yaratmaq planı, cinayətin də bu məqsədlə törədilməsi haqda ittihama cavab verib.
AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu, futbol məşqçisi Mehdi İbrahimova hökm oxunub.