“Amerikanın səsi” yazır ki, Türkiyə və Azərbaycan bu həftə birgə hərbi təlimlərə başlamaqla bağlarını daha da möhkəmləndirirlər. Bir sıra təhlilçilər Ankaranın xarici siyasətində dəyişiklik baş verməkdə olduğunu deyirlər. Onların fikrincə Türkiyə tədricən Yaxın Şərq səhnəsindən Mərkəzi Asiya səhnəsinə keçməkdədir. Məqalədə deyilir ki, 12 günlük hərbi təlimlərdə tank birlikləri, hava eskadriliyaları və “xüsusi qüvvələr” iştirak edirlər. “Amerikanın səsi” yazır ki, Azərbaycanın Dağlıq Qarabağ... Читать дальше...
Yerevan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana fevralın 3-dən 8-dək ölkədə olmamaq icazəsi verib. Onun konstitusiya quruluşunu devirmək ittihamı ilə məhkəməsi aylardır ki, davam edir. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun bildirir ki, bu barədə qərarı hakim Gevork Bağdasaryan fevralın 3-də Koçaryanın və onun tabeçiliyində olmuş daha üç nəfərin məhkəməsində elan edib. Bağdasaryan deyib ki, məhkəmə, polisdən göstərilən müddətdə Koçaryanın ölkədən çıxışına qoyulmuş qadağanın qaldırılmasını rica edib. Читать дальше...
Hazırda biz Nikol Kidmanı HBO-nun çəkdiyi "The Undoing" triller serialında Hyu Qrantla yanaşı görürük.
Koronavirus yaymaqda suçlanaraq 1 il azadlıqdan məhrum edilən AXCP fəalı Məhəmməd İmanlının vəkili onun ayrıseçkiliyə məruz qaldığını deyir.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan sosial evlərin bir qisminin təhvil verilməməsi ilə bağlı problemin səbəbi məlum olub.
Aşkarlanan qurbanların 50 faizi cinsi istismar məqsədilə istifadə olunub. 38 faiz məcburi əmək, altı faiz məcburi kriminal fəaliyyətə cəlb edilib
Bu ilin əvvəlində Tarif Şurasının qərarı ilə dizel yanacağının qiyməti təqribən 33 faiz bahalaşdı.
Nurlan Libre: "Lənkərana niyə gəldiyimizi soruşdular" "Fevralın 2-də məni və siyasi fəal Rüstəm İsmayılbəylini Lənkəran rayon Polis Şöbəsindən sərbəst buraxdılar. Zorla taksiyə əyləşdirərək Bakıya yola saldılar". Bunu Lənkəranda olan reportyor Nurlan Libre bildirib. Onun deməsinə görə, fevralın 2-si səhər saatlarında Lənkərana çatıblar: "Amma Heydər Əliyev Parkında bizi polis saxladı. Adını da qoydular ki, şübhəli şəxsik. Polis şöbəsinə gətirdilər. Lənkərana niyə gəldiyimizi soruşdular. Sonra... Читать дальше...
Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi və meyitin yandırılmasında suçlanan İlkin Süleymanov haqqında yenidən həbs qərarı çıxarılıb.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) istinadən yazır ki, ölkədə Müdafiə Nazirliyinə silah satışında böyük korrupsiya halları aşkar edilib. Xəbərdə deyilir ki, Ermənistanın Müdafiə Nazirliyinə silah satan Moston Engineering şirkətinin rəhbəri David Qalstyan dindirilmək üçün MTX-yə gətirilib. "Patron Davo" Bu da qeyd olunur ki, Patron Davo ləqəbi ilə tanınan Qalstyan keçmiş müdafiə naziri David Tonoyanın müşaviri idi. MTX-nin məlumatına görə... Читать дальше...
Fransa Rusiyada müxalifətçi Aleksey Navalnının saxlanması ilə bağlı yaranmış vəziyyətə görə Almaniyanı Şimal Axını 2 qaz kəmərinin çəkilişindən imtina etməyə çağırıb. AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Kleman Bon France Inter radiosuna müsahibəsində deyib ki, Avropa İttifaqının Rusiya üzərinə bundan əvvəl qoyduğu sanksiyalar kafi deyil. Bununla belə Bon əlavə edib ki, bu kəmərin taleyi haqqında qərarı qəbul etmək səlahiyyəti yalnız Berlinə məxsus ola bilər. Читать дальше...