Qafqaz məsələləri üzrə tanınmış politoloq Pol Qobl Jamestown fondunun saytında dərc edilmiş məqaləsində yazır ki, “Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsi” Bakının təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyadakı çəkisini artırıb: “Azərbaycan, qismən də Türkiyənin sayəsində Qafqazlarda ə Mərkəzi Asiyada hesablaşılmalı qüvvə olduğunu göstərib”. Politoloqun fikrincə, Qarabağ müharibəsindən sonra Xəzərin şərq tərəfindəki ölkələr nəzərlərini Qərbə yönəldiblər və iqtisadi-siyasi planlaşırmalarında Azərbaycan faktorunu nəzərə alırlar. Читать дальше...
Tbilisinin mərkəzində müxalifət və vətəndaş cəmiyyəti fəalları ilə polis arasında toqquşmalar baş verib. Müxalifətçilər parlamentin qarşısındakı meydanda çadır qurmağa cəhd edirdilər. Gürcüstan Daxili İşlər Nazirliyi AzadlıqRadiosuna deyib ki, fevralın 19-da “hakimiyyət nümayəndələrinin əmrlərinə tabe olmayan” 20 nəfər saxlanıb və onların qurmağa çalışdıqları çadır müsadirə olunub. Müxalifət fəalları artıq bir neçə aydır ki, parlamentin yaxınlığında etiraz aksiyaları keçirirlər. Onlar 31... Читать дальше...
Benzinə su qatan kimdir?- SOCAR ittihamlara cavab verdi
Fevralın 19-da hazırda həbsdə olan bəzi məhbusların yaxınları Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin yaxınlığında etiraz aksiyası keçiriblər. Onlar Xebermen.com saytının təsisçisi Polad Aslanovun xanımı Gülmirə Aslanova, Azel.tv saytının rəhbəri Əfqan Sadıqovun xanımı Sevinc Sadıqova və başqaları olub. Aksiya iştirakçıları əllərində həbs olunmuş şəxslərin şəkillərini və plakatlar tutaraq Azərbaycan hakimiyyətindən bütün siyasi məhbus sayılan şəxslərin azad edilməsini tələb ediblər. Читать дальше...
Binəqədi bələdiyyəsinin keçmiş sədri, "Azadinform" saytının baş redaktoru Niyaz Niftiyevin məhkəməsi başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin işçisi olmuş Vüsal Əliyev həm korrupsiyada, həm də öz müdirinə qarşı sui-qəsddə suçlanır.
"Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim edilib.
"The Guardian" yazır ki, ABŞ-da 500-dən artıq yazıçı, publisist və ədəbiyyatçı Amerika naşirlərini Tramp administrasiyası üzvləri ilə kitab kontraktları bağlamamağa çağıran məktubu imzalayıb.
Avropa İnsan Haqları Məhkəməsi fevralın 18-də çıxardığı qərarla 14 il öncə baş vermiş olaylara görə Azərbaycanın üzərinə 234 min avro təzminat öhdəliyi qoyub.