İtkin düşmüş əsgərlərin valideynləri Yerevanda daha bir etiraz aksiyası keçiriblər. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun fevralın 11-də xəbər verib ki, onlar Respublika meydanına bitişik küçəni bir saat müddətində bağlayıblar. Paralel olaraq hökumət evinin qarşısında etiraz aksiyası keçirənləri günorta saatlarında baş nazir aparatının rəhbəri Arsen Torosyan qəbul edib. Lakin itkin əsgər valideynləri bu görüşdən razı qalmayıblar. "Hələ şükür edin ki, əsirləri beş-beş qaytarırıq" Artıq iki aydır ki... Читать дальше...
Erməni kəndlilər Azərbaycan əsgərlərinin səs saldıqlarını deyirlər - Sünik kəndindən yeni görüntülər
Rusiyanın dövlət media nəzarətçisi Roskomnadzor AzadlıqRadiosunun Rus xidməti və Current Time TV də daxil olmaqla bütün media orqanlarına Aleksey Navalnı tərəfdarlarının fevralın 14-ə təyin edilmiş mobil telefonlarla “fənər işığı” aksiyası barədə bütün materiallarını silməyi əmr edib. Roskomnadzorun rəsmi göstərişi media qurumlarına fevralın 12-də təqdim olunub. Rusiya hökuməti bildirir ki, mediada bu aksiya barədə dərc edilən hər bir material qanunsuz aksiyalara və kütləvi iğtişaşlara çağırış kimi qiymətləndiriləcək. Читать дальше...
Öncə Suraxanı rayon Məhkəməsinin, daha sonra uzun illər Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyevin özü hakim qarşısına çıxarılır.
Cəbrayıldan məcburi köçkün olub, Bakıda məskunlaşmış Gülayə Hüseynova həkim səhvi nəticəsində qızının gözündəki əməliyyatın uğursuz olduğunu iddia edir.
2021-ci ildə sahibkarlara 130 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Ötən ay ABŞ konqresmenləri, Kreml radioya qarşı cərimələri, qadağaları qüvvəyə mindirəcəyi halda, Moskvaya yeni sanksiyaların tətbiqinə çağırırdılar
Ermənistanın ərazi-idarəetmə naziri fevralın 11-də keçirilən hökumət müşavirəsində deyib ki, Syunik vilayətində indikinə alternativ şose yolları tikiləcək. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu bəyanatı nazir Suren Papikyan verib. O deyib ki, “hava şəraiti buna imkan verən kimi” tikinti işlərinə başlanacaq. Azatutyun yazır ki, sərhəd xətti dəqiqləşdirmələrindən sonra Syunik vilayətindəki yolların bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Gorus-Qafan yolunun 20 kilometrlik sektorundan başqa... Читать дальше...